Accessibility links

Ukraynanın şərqində döyüşlər bu gün də davam edir [Fotoqalereya]

Ukrayna ordusu ilə Rusiya tərəfdarı separatçılar arasında Qorlivka yaşayış məntəqəsində döyüşlər olub.
1/6 Ukrayna ordusu ilə Rusiya tərəfdarı separatçılar arasında Qorlivka yaşayış məntəqəsində döyüşlər olub.
Kramatorskda raket hücumları
2/6 Kramatorskda raket hücumları
1972年2月26日中国总理周恩来陪美国总统尼克松游览杭州西湖。尼克松和美国国务卿基辛格同周恩来、中国外交部副部长乔冠华在杭州刘庄(即西湖国宾馆)商定《中美联合公报》的文本。2003年,中国总理温家宝说:“不久前,我到过中国杭州,漫步在当年中美谈判上海公报的刘庄八角亭边,面对波光荡漾的西湖,不禁感慨万千。​”“1972年发表上海公报时,两国贸易几乎为零,美国政府为表示对中国的友好,破例允许美国公民回国时可带回100美元中国制造的商品。​”​
<h3>&nbsp;</h3>
3/6 1972年2月26日中国总理周恩来陪美国总统尼克松游览杭州西湖。尼克松和美国国务卿基辛格同周恩来、中国外交部副部长乔冠华在杭州刘庄(即西湖国宾馆)商定《中美联合公报》的文本。2003年,中国总理温家宝说:“不久前,我到过中国杭州,漫步在当年中美谈判上海公报的刘庄八角亭边,面对波光荡漾的西湖,不禁感慨万千。​”“1972年发表上海公报时,两国贸易几乎为零,美国政府为表示对中国的友好,破例允许美国公民回国时可带回100美元中国制造的商品。​”​

 

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Şurasının rəsmisi Federika Moqerini Avropa Parlamentində Ukraynadakı vəziyyət barədə danışır
4/6 Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Şurasının rəsmisi Federika Moqerini Avropa Parlamentində Ukraynadakı vəziyyət barədə danışır
Ukrayna - Kramatorsk
5/6 Ukrayna - Kramatorsk
Ukrayna ordusu Debaltsevo yaxınlığında
6/6 Ukrayna ordusu Debaltsevo yaxınlığında
Previous slide
Next slide

Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin keçən ilin aprel ayından bəri 5 min 300-dən çox insanın həyatını itirdiyi münaqişəyə son qoyulması məqsədilə zirvə görüşü keçirəcəyi gün Ukraynanın şərqində şiddətli döyüşlər davam edib.

Səhiyyə rəsmiləri və üsyançıların bildirdiyinə görə, separatçıların nəzarətində olan Donetsk şəhərində avtobus stansiyasına düşən qumbara azı 2 nəfərin ölümünə səbəb olub. Ordu rəsmiləri də üsyançıların Debaltsevo yaxınlığındakı döyüşlər zamanı azı 19 əsgərin öldüyünü, 78 nəfərin isə yaralandığını bildirib.

Belarusda keçiriləcək zirvə görüşündən əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın Avropa İttifaqı ilə bir mövqedən çıxış edəcəyini deyib. Bundan əvvəl o bildirib ki, dörd ölkə arasında keçiriləcək danışıqlar ölkəsi ilə Rusiya tərəfdarı separatçılar arasındakı döyüşlərə son qoyulması istiqamətində son imkanlardan biri olacaq.

ABŞ perzidenti Barak Obama Ukraynanın şərqində zorakılıqların artması və Rusiyanın separatçılara dəstəyi davam etdirməsi məsələlərini müzakirə etmək məqsədilə çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinə zəng edib. Telefon söhbəti zamanı cənab Obama Birləşmiş Ştatların Ukraynanın suverenlyi və ərazi bütövlüyünə dəstəyini bir daha təkrar edib.

This item is part of
XS
SM
MD
LG