Accessibility links

Ukrayna Rusiyanın Xarkivə hücumları nəticəsində azı 7 nəfərin öldüyünü bildirib


Ukrayna rəsmiləri Rusiyanın ölkənin şimal-şərqindəki Xarkiv şəhərinə etdiyi hücumlar nəticəsində azı 7 nəfərin öldüyünü bildirib.

Regionun qubernatoru Oleh Siniehubov Telegram kanalında bildirib ki, Rusiya əraziyə azı 15 dəfə zərbə endirib.

Rusiyanın qərbindəki Belqorod bölgəsinin rəsmiləri isə cümə axşamı Ukraynanın hava hücumlarının vurduğu zərərlərdən danışıb.

Rusiya Müdafiə Nazirliyi Belqorod üzərində Ukraynaya məxsus 35 raket və 3 pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.

Bölgə qubernatoru Vyaçeslav Qladkovun Telegram kanalında bildirdiyinə görə, Ukraynanın hücumları Belqorod şəhərində bir binanı zədələyib və yanğına səbəb olub.

Qladkov həmçinin regionun iki kəndində bir çox evə zərər dəydiyini bildirib.

Belqorod Rusiya-Ukrayna sərhədində yerləşir və tez-tez Ukraynanın hücumlara məruz qalır.

Ukrayna prezidenti Volodimir Zelenski ümumi dəyəri 7 milyard dollardan çox olan üç illik dəstək paketinə görə İsveçi alqışlayıb.

"Bu, təkcə bizi deyil, təkcə Ukraynanı deyil, Baltikdən Qara dənizə qədər bütün Avropa perimetrini gücləndirəcək" - deyə, Zelenski çərşənbə günü gecə çıxışı zamanı bildirib.

Ukrayna lideri daha çox hava hücumundan müdafiə sistemi üçün çağırış edib.

Zelenski deyib ki, Ukraynanın Rusiyanın enerji və digər infrastruktura hücum üçün istifadə etdiyi idarə olunan bombalara qarşı silaha ehtiyacı var.

Zelenski "Alternativ yoxdur. Ukraynanın mövqelərimizi, şəhərlərimizi və insanlarımızı bu bombalardan qorumağa imkan verəcək sistemlərə və taktikaya ehtiyacı var" deyib.

Onun sözlərinə görə, təkcə aprel ayında Rusiya Ukraynaya raket və dronlardan əlavə 3200-dən çox bomba atıb.

Forum

XS
SM
MD
LG