Avqustun 2-nə keçən gecə Rusiya ordusu Kyiv və Odesaya yenidən "Şahed"lərlə hücum edib. Paytaxtda partlayış səsləri eşidilib, Dunaydakı limanlarda yanğınlar baş verib.
Ukrayna hökuməti paytaxta uçan bütün kamikaze dronlarının vurulduğunu, şəhər əhalisi arasında qurban və ya xəsarət alanların olmadığını bildirib.
"Dronlar eyni vaxtda Kyivə bir neçə istiqamətdən daxil olub. Buna baxmayaraq, 10-dan çox uçuş aparatı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vaxtında müəyyən edilərək, məhv edilib," şəhər hərbi idarəsinin rəisi Serhiy Popko bildirib.
Kyiv meri Vitali Kliçkonun bildirdiyinə görə, vurulan pilotsuz təyyarələrin parçaları şəhərin üç rayonuna düşsə də ciddi dağıntı olmayıb. Bir yerdə qeyri-yaşayış binasına ziyan dəyib, başqa bir yerdə isə ağac yanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHN) Kyiv səmasında vurulan pilotsuz təyyarənin qalıqlarının inzibati binanın 9-cu mərtəbəsindən 11-ci mərtəbəsinə kimi fasadına ziyan vurub. Fövqəladə Hallar Dövlət Xidməti həmçinin pilotsuz təyarınin qalıqlarının Kyiv vilayətinin Buçanski rayonundakı fərdi yaşayış evinə düşməsi nəticəsində yanğın baş verdiyini bildirib. Bütün hallarda insan tələfatı olmayıb.
Öz növbəsində, Kyiv vilayət hərbi administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib ki, qəsəbələrdən birinin üzərində vurulan uçuş aparatının qalıqları mağazanın damına ziyan vursa da, itki olmayıb.
Odesa vilayət administrasiyasının rəhbəri Oleq Kiper xəbər verib ki, bu gecə Rusiyanın "Şahed"lərlə hücumundan sonra Dunaydakı Ukrayna limanlarında yanğınlar başlayıb, elevator zədələnib.
Forum