Accessibility links

Rusiya Ukrayna dronlarının Moskvaya hücum etdiyini bildirir


Rusiyanın bazar ertəsi bildirdiyinə görə, Ukraynaya məxsus iki pilotsuz uçan apparatı (PUA) Moskvaya hücum edib və onlar Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Moskva şəhərinin meri Sergey Sobyanin iki qeyri-yaşayış binasının zədələndiyini, lakin tələfat barədə məlumatın olmadığını bildirib.

Rusiya xəbər agentlikləri pilotsuz təyyarənin qalıqlarının Rusiya Müdafiə Nazirliyinin yaxınlığındakı Komsomolski rayonunda aşkar edildiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi çıxışı zamanı Rusiyanın Odessa şəhərinə, xüsusən də YUNESKO-nun dünya irsi obyektlərindən biri olan tarixi mərkəzinə hücumlarını pisləyib.

"Bütün bu raketlərin hədəfi təkcə şəhərlər, kəndlər və ya insanlar deyil. Onların hədəfi bəşəriyyət və bütün Avropa mədəniyyətimizin əsaslarıdır," Zelenski bazar günü gecə video-müraciətində bildirib.

"Dünən gecə Rusiyanın "X-22" raketi - o, gəmi əleyhinə raket idi - Ukraynanın ən qiymətli kilsələrindən birini, Odessadakı Spaso-Preobrajenski kilsəsinin qülləsinə vurdu" deyib Zelenski.

Bazar günü səhər saatlarında Rusiya hava hücumları Ukraynanın tarixi Spaso-Preobrajenski kilsəsini zədələyib.

Bundan əlavə, YUNESKO-nun bəyanatında bildirilir:

"İlkin qiymətləndirmə zamanı Odessa Arxeologiya Muzeyi, Odessa Dəniz Muzeyi və Odessa Ədəbiyyat Muzeyi də daxil olmaqla, Odessada Ümumdünya İrs İiyahısına daxil olan bir neçə muzeyə ziyan dəyib. Onların hamısı YUNESKO və yerli hakimiyyət orqanları tərəfindən 1954-cü il Haaqa Konvensiyasının fərqləndirici emblemi olan "Mavi Qalxan"la qeydə alınıb."

XS
SM
MD
LG