Accessibility links

Rusiya bəzi ABŞ rəsmilərinin ölkəyə daxil olmasına qadağa qoyub


Rusiya bəzi ABŞ rəsmilərinin ölkəyə daxil olmasına qadağa qoyub
Rusiya bəzi ABŞ rəsmilərinin ölkəyə daxil olmasına qadağa qoyub

Rusiya bəzi ABŞ rəsmilərinin ölkəyə səfərinə qadağa qoyub. Bu addım Vaşinqtonun Sergey Maqnitskinin həbsxanada ölümü ilə əlaqədar bir sıra Rusiya rəsmisini "qara siyahı"ya salmasına cavab olaraq atılıb.

Xarici İşlər nazirliyinin veb səhifəsində adları açıqlanmayan bəzi Amerika rəsmilərinin ölkəyə daxil olmasına qadağa qoyulduğu deyilir. Rəsmi Moskva həmin ABŞ rəsmilərinin terrorizmdə şübhəli bilinən şəxslərin oğurlanması, Quantanamo həbsxanasında məhbuslara işgəncə verilməsi, habelə Əfqanıstan və İraqda mülki vətəndaşların qətlində əli olduğunu bildirir.

Rusiya Xarici İşlər nazirliyi bu addımı ABŞ Dövlət Departamentinin iyul ayında onlarla Rusiya rəsmisinin hüquqşünas Sergey Maqnitskinin ölümüylə əlaqədar ölkəyə səfərinə qadağa qoymasından sonra atıb.

Sergey Maqnitski 2009-cu ildə tərəfdarlarının qondarma hesab etdiyi vergilərdən yayınmaqla bağlı ittihamlar əsasında həbs edilmişdi. O, bundan bir il sonra həbsxana müdiriyyətinin tibbi yardımı gecikdirməsi səbəbilə 37 yaşında vəfat etmişdir.

ABŞ qanunları Dövlət Departamentinin işgəncə də daxil olmaqla, insan hüquqlarını pozmaqda ittiham edilmiş hər hansı bir şəxsə ölkəyə daxil olmaq üçün viza verməməsini tələb edir.

XS
SM
MD
LG