Accessibility links

Rusiya amerikalıların ölkədən övladlığa uşaq götürməsini dayandırıb


ABŞ rəsmiləri amerikalıların Rusiyadan övladlığa uşaq götürməsi prosesinə dair razılığı müzakirə etmək üçün gələn həftə Moksvaya səfər edəcək

Rusiya amerikalıların ölkədən övladlığa uşaq götürməsi prosesini rəsmi şəkildə dayandırdığını bildirib. Bu addım Rusiyadan övladlığa uşaq götürən amerikalı qadının 7 yaşlı oğlanı tək Moskvaya qaytarmasına cavab olaraq atılıb.

Rusiya Xarici İşlər nazirliyi övladlığa uşaq götürmə prosesinin dayandırıldığını bu gün elan edərək bunun iki ölkə arasında məsələ ilə bağlı razılaşma əldə edilənə qüvvədə qalacağını bildirib.

Aprel ayının 9-da Artyom Savelyev adlı 7 yaşlı oğlan Rusiya rəsmilərinə onu geri götürmək haqda müraciətlə Moksvaya göndərilmişdi. Onu övladlığa götürən amerikalı Torri Hansen Rusiyadakı uşaq evinə yazdığı məktubda oğlanın psixi xəstə olduğu haqda ona məlumat verilmədiyini bildirir. Oğlanı müayinə edən Rusiya həkimləri isə onda heç bir problem aşkar etmədiklərini bildiriblər.

ABŞ rəsmiləri amerikalıların Rusiyadan övladlığa uşaq götürməsi prosesinə dair razılığı müzakirə etmək üçün gələn həftə Moksvaya səfər edəcək.

Keçən il amerikalılar Rusiyadan övladlığa 1500 uşaq götürmüşdür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG