Accessibility links

ABŞ Putinin sevgilisi olduğu bildirilən Kabayeva də daxil olmaqla, Rusiya elitasına qarşı yeni sanksiyalar tətbiq edib


ABŞ çərşənbə axşamı oliqarxlar və xəbərlərdə adı Rusiya prezidenti Vladimir Putinin sevgilisi və dörd uşağının anası kimi çəkilən, bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayeva da daxil olmaqla, Rusiya elitasına qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi 39 yaşlı Kabayevanın vizasını dondurub və ona əmlak məhdudiyyətləri qoyub. O, Rusiyanın qanunverici orqanı olan Dumanın keçmiş deputatıdır və eyni zamanda Moskvanın Ukraynaya müdaxiləsini təbliğ edən Rusiya milli media şirkətinin rəhbəridir.

Kremlin opponenti və Putinin tənqidçisi Aleksey Navalnı Kabayevanın xəbər agentliyinin qərbin işğala dair şərhlərini dezinformasiya kampaniyası kimi qələmə verdiyini bildirib və ona qarşı sanksiyaların tətbiqinə çağırıb.

Britaniya Kabayevaya qarşı sanksiyanı may ayında tətbiq edib. Avropa İttifaqı isə iyun ayında ona səyahət qadağası və aktivlərinə məhdudiyyətlər qoyub.

Sanksiyaya məruz qalanlar arasında Londondakı Bukingem sarayından sonra ikinci ən böyük malikanə hesab edilən 25 yataq otaqlı Vitanherst-in sahibi, oliqarx Andrey Qriqoryeviç Quryev də var.

ABŞ həmçinin onun 120 milyon dollarlıq Alfa Nero yaxtasının hərəkətinə qadağa qoyub və oğlu Andrey Andreyeviç Quryevə Rusiya investisiya şirkəti “Dji Aİ Invest OOO”ya sanksiya tətbiq edib.

“Günahsız insanlar Rusiyanın qeyri-qanuni işğalçı müharibəsindən əziyyət çəkdiyi bir vaxt Putinin müttəfiqləri zənginləşib və zəngin həyat tərzini maliyyələşdiriblər” - deyə, maliyyə naziri Canet Yellen bildirib.

Dövlət Departamenti eləcə də əlavə viza məhdudiyyətləri qoyub və digər sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Antoni Blinken “Ukraynalılar Prezident Putinin amansız müharibəsi qarşısında vətənlərini mərdliklə müdafiə etməyə davam etdiyi müddətdə, Rusiya elitası Rusiyadan kənarda nəhəng gəlirli şirkətləri idarə edir və öz zəngin həyat tərzini maliyyələşdirir. Bu gün ABŞ Kremlin və onun tərəfdaşlarının vicdansız işğalçı müharibəyə verdiyi cavabın təsirlərini hiss etmələri üçün əlavə tədbirlər görür”.

XS
SM
MD
LG