Accessibility links

Rusiya ABŞ-ın Ukraynaya tükənmiş uran mərmilərinin tədarükünə etiraz edir


Rusiya ABŞ-ın Ukraynaya tükənmiş uran mərmili tankların da daxil olduğu döyüş sursatlarından ibarət yeni yardım paketini tənqid edərək, bu qərarın "qeyri-insanlığın əlaməti" olduğunu deyib.

Rusiyanın Vaşinqtondakı səfirliyi çərşənbə günü Telegram kanalında Birləşmiş Ştatların sursatın sağlamlıq və təhlükəsizlik baxımından potensial təsirlərindən xəbərdar olduğunu və "təsadüfi təsirlərə malik silahları qəsdən" göndərdiyini bildirib.

Tankların mərmiləri Ukrayna qüvvələrinə Rusiya tanklarını məhv etməyə yardım edə bilər. Həmin mərmilər əvvəllər Ukraynaya Britaniya tərəfindən verilmidi.

Pentaqonun Dəniz Piyadaları Korpusunun sözçüsü podpolkovnik Qarron Qarn mart ayında Associated Press agentliyinə verdiyi açıqlamasında döyüş sursatlarının istifadəsini müdafiə edərək, bildirib ki, ABŞ ordusu "tükənmiş uran mərmiləri onilliklər ərzində əldə edib, saxlayıb və istifadə edib. Belə ki, onlar uzun müddətdir istifadə edilən silahdır".

Qarn onu da əlavə edib ki, Rusiya uzun müddətdir tükənmiş uran birləşməli mərmilərə sahib olan ölkələr arasındadır.

BMT-nin Silahsızlaşma Məsələləri Ofisi tükınmiş uran birləşməsinin uranın zənginləşdirilməsinin əsas əlavə məhsulu olduğunu və yüksək sıxlığa malik olduğuna görə zirehlərin örtüyünə təsir etməsi üçün nəzərdə tutulduğunui bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi tükənmiş uran sursatlarının istifadə olunduğu ərazilərdə aparılan çoxsaylı qiymətləndirmələr "tükənmiş uran qalıqlarından təsirlənmiş bölgələrin əhalisi üçün radioloji təhlükə yaratmadığını" bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG