Accessibility links

Mariya Zaxarova: Rusiya ABŞ-ın rusiyalıların xaricdəki "ovunu" cavabsız qoymayacaq


Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya ABŞ hüquq-mühafizə və kəşfiyyat orqanlarının Rusiya vətəndaşlarının xaricdəki "ovunu" cavabsız qoymayacaq.

Zaxarova ABŞ hökumətinin xahişi ilə xaricdə olan bir sıra Rusiya vətəndaşının saxlanması ilə bağlı açıqlama verib. O, Rusiyanın ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə Rusiya vətəndaşlarının sonradan ABŞ-a ekstradisiyası edilməsi üçün İtaliya və Almaniyada saxlanmasını "Vaşinqtonun rusları ələ keçirmək üçün başladığı genişmiqyaslı kampaniyanın davamı kimi qiymətləndirdiyini deyib.

Zaxarovanın sözlərinə görə, "bu vəziyyətin sinizmi ondan ibarətdir ki, əsirlər siyasi məqsədlərdə istifadə üçün götürülür".

"İttihamlar ABŞ-ın milli sanksiya qanunvericiliyinin guya pozulması ilə əlaqədar ekstra-territorial olaraq irəli sürülür. Bu, Vaşinqtonun münaqişə tərəfi kimi Ukraynadakı vəziyyətə faktiki müdaxiləsinin bir hissəsi olaraq, məqsədi Rusiyada və xaricdə işgüzar dairələri qorxutmaqla növbəti dəfə intiqam almaq cəhdidir" - deyə, Zaxarova bildirib.

Zaxarova "ABŞ-ın şübhələnməsi" üçün ən kiçik bir səbəbi olan hər kəsi Rusiyaya dost olmayan ölkələrə, eləcə də Vaşinqtonun ekstradisiya ilə bağlı ikitərəfli müqaviləsi olan dövlətlərə səfərlərdən çəkinməyə çağırıb.

"Aydındır ki, Amerikanın hüquq-mühafizə və kəşfiyyat orqanları vasitəsilə Rusiya vətəndaşlarının ovlanması getdikcə artacaq. Bu cür düşmənçilik hərəkətləri təbii ki, cavabsız qalmayacaq" , Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Oktyabrın 19-da ABŞ Ədliyyə Nazirliyi Rusiya beş vətəndaşını sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Söhbət Yuri Orexov, Svetlana Kuzurqaşeva, Timofey Telegin, Sergey Tulyakov və Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Ussun oğlu, "Sibuqol" şirkətinin yaradıcısı Artyom Ussadan gedir.

XS
SM
MD
LG