Accessibility links

Müşahidə qrupu: Rusiya və Suriya qüvvələri İdlibə hava hücumları edib


Rusiya və suriya şənbə günü Suriyada üsyançıların ən son istinadgahı olan İdlibə hava hücumları həyata keçirib, nəticədə dörd mülki vətəndaş ölüb. Suriya İnsan Haqları Müşahidə Qrupu bunun son ayların ən şiddətli hücumu olduğunu bildirir.

Müşahidə qrupu bildirib ki, təyyarə sıx məskunlaşmış istinadgahın cənub bölgələrində üç saatdan qısa bir müddətdə 60 reyd həyata keçirib.

İdlibə qarşı hər hansı hücum fəlakət, kütləvi qırğın və böyük humanitar faciə ilə nəticələnəcək
Rəcəb Tayyip Ərdoğan

Qrupun rəhbəri Əbdül Rəhman deyib ki, hücumlar baş veridyi zaman cihaçıların və üsyançıların bəzi təsisləri istifadə olunurdu. Rəhman deyib ki, bu hücumlar avqustun 10-da İdlib və qonşu Hələbdə uşaqlar da daxil olmaqla, azı 53 nəfərin ölümü ilə nəticələnən bombardmandan bəri “ən zorakı hücumlardır”.

İdlib və qonşu ərazilərə, Əl Qaidənin sabiq Suriya qolu Həyat Təhrir Əl-Şam də daxil olmaqla, bir neçə rəqib üsyançı qruplar nəzarət edir.

Bundan əlavə şənbə günü Rusiya həmçinin Suriya üsyançılarının Qərb ölkələrinin cavab reaskiyalarına haqq qazandırmaq üçün İdlibdə “provokasiyalar” planlaşdırdıqlarına dair “təkzibedilməz məlumatların”olduğunu bildirib.

“Provokasiyaları hazırlanmasına iştirak edənlər sentyabrın 8-də axşama hazır olmalıdırlar”– deyə, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Konaşenkov İdlibdə “terrorçu”qrupların toplandığını və onlara rəsmi olaraq Suriya Mülki Müdafiə adı ilə tanınan Ağ Dəbilqəlilərin yardım etdiyini söyləyib.

Rusiya və Suriyanın əyalətə hücumları artırdığı bir vaxt, Moskva uzun zamandır İdlibdəki üsyançı qrupların mülki vətəndaşlara hücum hazırladığını söyləyir.

Russia prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Russia prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

Şənbə günü baş verən hücumlar və Moskvanın bəyanatı Türkiyənin Suriya hökümətinin İdlibə hər hansı hərbi hücum əməlilyyatlarının “qan gölü” ilə nəticələnə biləcəyi haqda ikinci xəbərdarlığından bir gün sonraya təsadüf edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu xəbərdarlığı cümə günü İranın ev sahibliyi etdiyi, Türkiyə və Rusiyanın iştirak etdiyi üçtərəfli sammitdə İdlib anklavında münaqişənin qarşısını almaq səyləri heç bir nəticə verməyəndən sonra təkrarlayıb.

“Biz İdlibin qan gölünə çevrilməsini istəmirik”– deyə, Ərdoğan rusiyalı və iranlı həmkarları ilə birlikdə iştirak etdiyi mətbuat konfransında bildirib. “İdlibə qarşı hər hansı hücum fəlakət, kütləvi qırğın və böyük humanitar faciə ilə nəticələnəcək”, Ərdoğan əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG