Accessibility links

Rusiya prezidenti Qazaxıstana gedib


Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Astanaya gedib. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Putin və onun qazaxıstanlı həmkarı Qasım-Jomart Toqayev Qazaxıstan paytaxtından video-bağlantı vasitəsilə 19-cu Qazaxıstan-Rusiya Forumunda iştirak edib.

Regionlararası əməkdaşlıqla bağlı forum Qazaxıstanın şimalında, Rusiya ilə həmsərhəd Qostanay şəhərində keçirilir.

Liderlərin ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Putinin Ukraynaya genişmiqyaslı işğala başladığından bəri xaricə nadir səfəri Türk Dövlətləri Təşkilatı liderlərinin Astanada toplanmasından bir həftə sonraya təsadüf edir.

Forum

XS
SM
MD
LG