Accessibility links

İnsan haqları fəalı Rusiyanın Ukraynada müharibəyə qadın məhbuslar göndərdiyini deyir


Olqa Romanova
Olqa Romanova

Rusiyalı hüquq müdafiəçisinin bildirdiyinə görə, Rusiya həbsxanadakı qadın məhbusları Ukraynanın şərqindəki işğal olunmuş bölgələrə göndərir.

Rusiyalı məhbusların müdafiəsi təşkilatının rəhbəri Olqa Romanovanın martın 13-də verdiyi açıqlamalar Ukraynanın hərbi rəsmilərinin Ukraynanın bəzi bölgələrində qadın məhbusların peyda olması ilə bağlı verdiyi məlumatları təsdiqləyir.

Rusiya hökuməti bu xəbərlərə münasibət bildirməyib.

Rusiyanın Ukraynaya 13 aydır davam edən hücumu zamanı həbsxanada olan məhkumlardan istifadə etdiyi dəqiqliklə sənədləşdirilib. Özəl Vaqner şirkətinin muzdlu əsgərlərinin çoxu Ukraynada döyüşməyə razılıq vermələri müqabilində amnistiya və ya cəza müddəti azaldılmış məhbuslardır.

Vaqner məhbusların cəlb edilməsini keçən ay dayandırdığını bildirib. Müdafiə Nazirliyi isə özünün Rusiya həbsxanalarındakı məhbusların cəlb edilməsi kampaniyasına başladığını bildirib.

Lakin Ukraynaya göndərilən qadın məhbusların sayı və onların konkret olaraq nə üçün göndərildiyi hələ də bəlli deyil.

Martın 13-də Ukrayna Baş Qərargahı gündəlik məlumatında Donetsk vilayətində həbsxana məhbuslarının olduğu qatarın göründüyünü bildirib. Baş Qərargah bu vaqonlardan birinin qadınlar üçün nəzərdə tutulduğu bildirib.

IStories araşdırma xəbər saytına şərh verən Romanova Rusiyanın cənubundakı həbsxanalardan qadın məhbusların aparıldığı barədə keçən ilin sonlarında eşitdiyini deyib. Onun sözlərinə görə, ümumilikdə Ukraynaya 100-ə yaxın qadın göndərilib.

Romanova daha əvvəl bildirmişdi ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən məhbuslar Volqoqrad və Kemerovo vilayətlərinin cənubundakı iki həbsxanalardan cəlb edilir. Həmin məhbusların əsasən kişilər və ya qadınlardan ibarət olması bəlli deyil.

Dekabr ayında Vaqner qrupunun təsisçisi Yevgeni Priqojin mərkəzi Sverdlovsk vilayətindəki regional deputatın ona ünvanlandığı məktubu açıqlayıb. Deputat bildirib ki, bir qrup məhbus qadın həkim, rabitə işçisi və ya digər ehtiyaclar üçün Ukraynaya göndərilmələrini xahiş edib.

Məktub təsdiqini tapmayıb.

Qərb rəsmiləri bildiriblər ki, Vaqner qrupu Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək üçün davam edən kampaniyada məhbuslardan istifadə edib.

Ukrayna əsgərləri mövqelərinə piyada hücumları ilə üzləşdiklərini bildirib. Qərb rəsmiləri həmin döyüşlərdə on minlərlə məhbusun öldüyünün mümkün olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG