Accessibility links

Rusiyanın müdafiə naziri Ukraynaya gedib


Sergey Şoyqu. 4 mart, 2023.
Sergey Şoyqu. 4 mart, 2023.

Rusiyanın müdafiə naziri şənbə günü Ukraynada rus əsgərləri ziyarət edib.

Nazirlik Telegram kanalına yerləşdirdiyi açıqlamasında bildirib ki, Sergey Şoyqu “Cənubi Donetsk istiqamətində Şərqi Hərbi Rayonun birləşmələrindən birinin irəli komandanlıq məntəqəsini yoxlayıb.”

Şoyqu Rusiyanın Ukraynaya qarşı müharibəsində zəif performansına görə tənqid olunub. Şənbə günü yayılan videoda müdafiə nazirinin Rusiyanın hərbi qüvvələrinə medallar verdiyi göstərilib.

Bu arada isə Britaniyanın Müdafiə Naziri şənbə günü bildirib ki, Ukraynanın Baxmut şəhəri və ətrafında “şiddətli döyüş” gedir.

Baxmutda qələbə ətrafındakı mühüm strateji hədəf olan Donbas regionunu ələ keçirmək üçün bir addım olardı. Ukrayna bildirir ki, şəhərin strateji əhəmiyyəti çox azdır, ancaq orada böyük itkilər müharibənin gedişatını müəyyən edə bilər.

Britaniya kəşfiyyatının Twitter-ə yerləşdirdiyi açıqlamada bildirilir ki, Baxmur üç tərəfdən Rusiyanın hücumlarına məruz qala bilər, ancaq Ukrayna ərazini elit bölmələrlə gücləndirir.

Məlumatda bildirilir ki, Baxmutda iki körpü, “o cümlədən şəhəri Baxmutdan Çasiv Yar şəhərinə aparan son əsas təchizat marşrutu ilə birləşdirən həyati vacib körpü” bu yaxınlarda dağıdılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın nəzarətində olan şəhərə aparan təchizat marşrutları “gedərək məhdudlaşır”.

Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib ki, o, cümə günü bir sıra qurumlarla görüşlər və danışıqlar aparıb.

Prezident deyib ki, görüşlərdə əsas diqqət Rusiyanı hərəkətlərinə görə cavabdeh tutmağa yönəlib. “Biz Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın mühairbə cinayətkarlarını cəzalanadırmaqda müvəffəq olmasını təmin etmək üçün hər şeyi edirik,” Ukrayna lideri deyib.

Birləşmiş Ştatlar cümə günü Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Dövlət katibi Antoni Blinken məlumat verib.

“Hərbi yardım paketinə Ukraynanın özünü müdafiə etmək üçün effketiv şəkildə istifadə etdiyi ABŞ-ın göndərdiyi HIMARS və haubitsalar üçün əlavə sursatlar, habelə Bradely zirehli maşını üçün sursatlar, səyyar körpülər, avadanlıq və başqa texniki xidmət, təlim və dəstək daxildir,” o deyib.

XS
SM
MD
LG