Accessibility links

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 36 pilotsuz təyyarəni vurduğunu bildirib


Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna ilə sərhəd bölgələrə hücumlar zamanı Ukraynaya məxsus 36 pilotsuz təyyarəni vurub.

Nazirlik Bryansk vilayətində 18, Kursk vilayətində 9 və Belqorod üzərində daha 9 pilotsuz təyyarə vurulduğunu bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov iki kənddə evlərə ziyan dəydiyini bildirib və Telegram kanalında hücumlardan sonra bir neçə rayonun elektriksiz qaldığını yazıb.

Bryansk və Kursk qubernatorları bildiriblər ki, onların ərazilərində heç bir xəsarət və dağıntı yoxdur.

Ukrayna Hərbi Hava Qüvvələri bazar ertəsi ölkənin Rusiyanın dron hücumlarının tez-tez hədəfi olan Ukraynanın cənub və şərqində raket xəbərdarlığı edib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısakın bazar ertəsi Telegram kanalında bildirdiyinə görə, Rusiya qüvvələri raketlər və artilleriya ilə hücuma keçib, Dnipro şəhərinə raket zərbəsi 7 nəfərin yaralanmasına səbəb olub.

Lısak Rusiyanın bazar günü axşam saatlarındakı hücumları zamanı artilleriya və kamikadze dronlarından istifadə etdiyini, nəticədə Nikopolda bir neçə binaya və qaz kəmərinə ziyan dəydiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü axşam saatlarında Ukraynaya hərbi yardım göstərən ölkələri Ukrayna qüvvələrinin Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətləri daha da yumşaltmaq çağırışlarını bir daha təkrarlayıb.

"İnsanlarımızı qorumaq üçün dəqiq qərarlar lazımdır. Uzaqmənzilli zərbələr və müasir hava hücumundan müdafiə vasitələri Rusiyanın gündəlik terrorunun qarşısının alınmasının əsasıdır. Bunu anlayan bütün tərəfdaşlarımıza təşəkkür edirəm", Zelenski deyib.

Forum

XS
SM
MD
LG