Accessibility links

Avropa liderləri Ukraynaya dəstək üçün toplaşarkən Rusiyanın pilotsuz təyyarələri Ukraynaya hücum edib


Ukrayna ordusu bazar ertəsiRusiya qüvvələrinin keçən gecə ölkəyə 14 pilotsuz təyyarə və 6 raketlə hücum etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Xarkiv və Dnepropetrovsk vilayətləri üzərində 14 pilotsuz təyyarədən 9-nu vurub. Hərbçilər bildiriblər ki, Ukrayna raketlərdən üçünü də məhv edib.

Son hücumlar Fransanın Avropa liderlərinin Rusiya prezidenti Vladimir Putinə qətiyyətli mesaj göndərmək və Kremlin Rusiyanın artıq üçüncü ilinə qədəm qoyan müharibədə qalib gələcəyinə dair narrativinə qarşı çıxmaq üçün bazar ertəsi Parisdə toplaşmağa hazırlaşdıqlarını bəyan etdiyi vaxta təsadüf edib.

Toplantıda ABŞ-ı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayn, Kanadanı isə müdafiə naziri Bill Bleyer təmsil edəcək.

"Biz Putinə çox aydın mesaj vermək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək", Fransa prezidentinin müşaviri brifinq zamanı jurnalistlərə deyib.

Müşavir bu toplantının Ukraynaya yeni silah tədarükünü elan etmək üçün deyil, daha çox yerlərdə daha səmərəli iş görmək, həmçinin müttəfiqlər və Ukrayna arasında koordinasiyanı artırmaq yollarını müzakirə etmək üçün bir fürsət olacağını deyib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü deyib ki, Ukraynanın işğalçı Rusiya qüvvələrinə qarşı müharibədə qələbəsi Qərbin dəstəyindən asılıdır. O, əlavə edib ki, müttəfiqləri və tərəfdaşları tərəfindən Kyivə uzaqmənzilli raketlərin verilməsi perspektivinə “pozitiv” baxır.

Kyivdə mətbuat konfransında danışan Zelenski həmçinin ABŞ Konqresinin yeni böyük hərbi və maliyyə yardımı paketini təsdiqləyəcəyinə əmin olduğunu deyib və əlavə edib ki, Ukraynanın bu qərarın "bir ay ərzində" verilməsinə ehtiyacı var.

Forum

XS
SM
MD
LG