Accessibility links

Kyiv Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci ildönümünü qeyd edir


Budapeştdə Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar keçirilən nümayişdə ukraynalı qadın əlində şam tutur. 24 fevral 2024-cü il. Macarıstan.
Budapeştdə Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar keçirilən nümayişdə ukraynalı qadın əlində şam tutur. 24 fevral 2024-cü il. Macarıstan.

Ukrayna şənbə günü Rusiyanın ölkəsinə tam-miqyaslı işğalının ikinci ildönümünu ölənləri yad etmək üçün gül qoyaraq, ağlayaraq və qələbə çalacaqlarına ümid edərək qeyd ediblər.

Dünyanın əsas demokratiyalarından ibarət Böyük Yeddilər (G7) qrupunun liderləri müharibənin ildönümündə Ukraynay lazım olduğu müddətdə Rusiyanın müharibəsinə qarşı dəstək verməyi vəd ediblər.

G7 bəyanat yayaraq, Çin və Ruisiyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini pisləyib və İranı Rusiya ordusuna yardımn dayandırmağa çağırıb. Onlar həmçinin Çin biznesləri tərəfindən Moskvaya silahl hissələri və hərbi texnikanın transferi ilə bağlı naraatlıqlarını səslənsiriblər.

Bundan öxnə Qərb liderləri, o cümlədən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, İtaliya Baş naziri Girogia Meloni, Belçika Baş naziri Aleksandr De Kru və Kanada Baş naziri Castin Trudo dəhşətli ildönümündə dəstək nümayiş etdirmək Ukrayna paytaxtını ziyarət edib.

Meloni və Trudo Ukrayna Prezidenti Volodimir Zelenski ilə 10 illik müdafiə sazişi imzalayıb və Ukrayna xalqına mübarizədə “yalnız olmadıqlarını” deyib. Trudo bildirib ki, “biz nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq.”

Trudo bu il Ukraynaya 2.25 milyard dollar maddi və hərbi yardım vəd edib.

Kanada və İtaliyanın təhlükəsizlik sazişləri bu yaxınlarda Britaniya, Fransa, Almaniya və Danimarka ilə imzalanan müqavilələrə bənzəyir.

Ancaq ABŞ Prezidenti Co Baydenin söz verdiyi 61 milyard dollarlıq yardım paketi hələ də ABŞ Nümayəndələr Palatasında ilişib qalıb və bu da Kyivin daha böyük və daha yaxşı təchiz olunan Rusiya ordusunu geri itələmək ümidlərini sarsıdır.

"Doğru olanı edin"

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü axşam saatlarında etdiyi gündəlik müraicətində deyib ki, ABŞ-ın Konqresdə ilişib qalan yardım paketi “həm mahiyyəti, həm də dünyaya göndərdiyi mesaj baxımından bizim müdafiəmiz üçün fundamentaldır.”

Ukraynada səfərdə olan ABŞ Senatının çoxluq lideri Çak Şumer Nümayəndələr Palatasının üzvlərini “doğru olanı etməyə” və Ukraynaya yardımla bağlı qanun layihəsini təsdiqləməyə çağırıb.

Şumer dörd başqa Demokrat senatorla birdə cümə günü Ukraynanın qərbindəki Lviv şəhərində Zelenski ilə danışıqlar aparıb.

“Biz Prezident Zelenski, amerikalı və ukraynalı rəsmilər deyib ki, … yardım olmadan Ukrayna müharibəni uduzacaq,” Şumer mətbuat konfransında deyib.

ABŞ Senatı ötən həftə Ukrayna üçün 60 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ancaq Nümayəndələr Palatasının Respublikaçı Spikeri Mayk Conson həmin qanun layihəsini Nümayəndələr Palatasında səsverməyə qoymayıb.

Britaniya 311 milyon dollar verir

Britaniyada Müdafiə Nazirliti gələn ildə Ukraynanın artilleriya sursatlarını artırmaq üçün 311 milyon dollar xərcləyəcəyini elan edib.

“Onlar beynəlxalq ictimaiyyətin dəstəyi olmadan bu müharibəni uda bilməzlər - ona görə də, biz Ukraynanın qələbəyə doğru vuruşmağa davam edə bilməsini təmin etmək üçün lazım olan hər şeyi etməyə davam edirik,” Britaniya müdafiə naziri Qrant Şapps açıqlamasında deyib.

Almaniyada kansler Olaf Şoltz deyib ki, Avropa xaricdən hər hansı hücumun qarşısını almaq üçün müdafiəsini gücləndirməlidir.

“Yayınma, müdafiəninin hazırlığı – Mən bildirəm ki, bunlar Almaniya kanslerindən qeyri-adi sözlərdir. Bunlar bizim Almaniyada o qədər uzun müddətdir işlətmədiyimiz sözlərdir ki, demək olar yaddan çıxıblar,” Şolts podkastda deyib.

“Ancaq bu sözlərin arxasında çox mühüm bir tapşırıq var: biz müttəfiqlərimizlə birlikdə, o qədər güclü olmalıyıq ki, heç kəs bizə hücum etməyə cəsarət etməsin.”

Döyüş meydanında isə cümə günü Ukrayna ordusu Rusiyanın erkən xəbərdarlıq və nəzarət təyyarəsini vurduğunu bildirib. Rusiya bu itkini təsdiqləməyib. Əgər xəbər doğrudursa, bu, bir aydan bir ax çox bir müddətdə ikinci dəfə olacaq ki, bu cür hərbi təyyarə vurulur və bu, Ukrayna üçün əhəmiyyətli bir qələbə ola bilər.

ABŞ yeni sanksiyalar tətbiq edir

Cümə günü ABŞ hökuməti Rusiya qurumlarına 500-dən çox yeni sanksiya tətbiq edib.b

Hökumət bildirib ki, bu sanksiyalar həm hərbi müdaxilənin ikinci ildönümü ilə əlaqəlidir, həm də Rusiyanın müxaifət lideri Aleksey Navalnının Arktikada həbsxanda ölümünə cavabdır.

“Rusiyanın iqtisadiyyatı və hərbi-sənaye bazası qismən bizim bütün dünya üzrə tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə Ukraynanın cəsur müdafiəsini dəstəkləmək üçün atdığımız hərəkətlərə görə zəiflidiyin dair açıq əlamətlər göstərir,” Maliyyə naziri Canet Yellen bildirib.

Yellen Nümayəndələr Palatasını Senatdan keçən Ukraynaya yardım paketini təsdiqlməyə və “dünya boyu müttəfiqlərimizə qoşularaq, Ukraynaya [Rusiya Prezidenti Vladimir] Putinin barbar hücumuna qarşı özünü və azadlığını müdafiə etmək imkanı verməyə” çağırıb.

ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Rusiyaya artan və davamlı təsiri olacaq.

ABŞ prezidenti Co Bayden qeyd edib ki, yeni sanksiyalar Navalnının həbsi ilə əlaqəsi olan şəxsləri, eləcə də Rusiyanın maliyyə sektorunu hədəf alacaq.

“Onlar Putinin xaricdəki aqressiyasına və daxildə repressiyalarına görə daha da böyük bədəl ödəməsini təmin edəcəklər” dedi.

Yeni hücum

Ukraynada rəsmilər deyir ki, cümə günü axşam saatlarında cənubda liman şəhəri Odesada yaşayış binasına Rusiyanın dron hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ordu bildirib ki, dron, gecə hava hücumu nəticəsində Odesa üzərində vurulan beş drondan biridir.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG