Accessibility links

Ukrayna Rusiyanın Maryinka şəhərinin ələ keçirildiyi barədə iddiasını təkzib edib


Maryinka
Maryinka

Rusiya hərbi qüvvələrinin Ukraynanın şərqində strateji əhəmiyyətə malik Maryinka şəhərini ələ keçirdiyini bildirib. Lakin Kyiv bu iddianı təkzib edərək, qüvvələrinin xarabalığıa çevrilmiş və boş qalan şəhərin yaxınlığında Rusiyanın üç "uğursuz hücumu"nu dəf etdiyini bəyan edib.

"Maryinkanın ələ keçirilməsindən danışmaq düzgün deyil", Ukrayna ordusunun sözçüsü Aleksandr Ştupun Ukrayna televiziyasına verdiyi açıqlamasında deyib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu televiziya kameraları qarşısında prezident Vladimir Putinə Maryinkanın ələ keçirilməsi ilə bağlı məruzə edib.

"Maryinka uğrunda döyüşlər davam edir. Hazırda hərbçilərimiz Maryinkanın inzibati sərhədləri daxilindədir, lakin şəhər tamamilə dağıdılıb" - deyə, Ştupun bildirib.

Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri çərşənbə axşamı Rusiyanın Qara Dəniz Donanmasının İran istehsalı dronları daşıdığı güman edilən desant gəmisinin məhv edildiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri öz Telegram kanalında söhbətin nəhəng desant gəmisi "Novoçerkassk"dan getdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Telegram kanalında Krımın Feodosiya şəhərində baş verən güclü partlayışın videosunu yayıb.

Forum

XS
SM
MD
LG