Accessibility links

Kyiv yaxınlığında olan Rusiya qoşunları mövqelərini dəyişirlər


Günlərdir Kyivin şərqində dayanan Rusiyanın nəhəng zirehli maşınlarından ibarət karvanı Ukrayna paytaxtının üç tərəfinə yerləşdirilib. Bu da bunun ikiqat hücuma hazırlıq olduğuna dair narahatlıqlara səbəb olub.

Amerikanın müdafiə rəsmiləri deyir ki, Rusiya qüvvələri Kyivə 5 kilometr daha yaxınlaşıblar və artilleriyası atəşə hazırlıq mövqelərinə gətirilib. Bundan əlavə Ukraynanın dördüncü ən böyük şəhəri və ölkənin şərqində Dnepr çayında yerləşən sənaye mərkəzi olan strateji Dnipro şəhəri ilk dəfə olaraq atəşə tutulub.

Bununla yanaşı Ukraynanın qərbində Lvivdən 130 kilometrs qərbdə yerləşən havadan müdafiə təsisləri və hərbi aerodromlara bir sıra hava hücumları olub.

Ukrayna rəsmiləri keçən həftə peyk görüntülərində 60 kilometrə qədər uzanan Rusiya karvanının olduğunu göstərəndən sonra günlərdir ki, Rusiyanın Kyivə qarşı birgə hücumuna hazırlaşırlar. Onlar və Qərbin hərbi rəsmiləri konvoyun irəliləməsinə təəcüblənmişdilər. Bəziləri rusların yanacaq çatışmazlığı və logistik təchizatla bağlı problemlər yaşadığını, bəziləri ilə onların yavaş-yavaş yenidən qruplaşmağa və dağılışmağa hazırlaşırdıqlarını düşünürdü.

Vaşinqtonda qərargahlanan müdafiə beyin mərkəzi CNA-nın analitiki Maykl Kofmanın fikrincə birinci ssenarinin olma ehtimalı daha yüksəkdir. O Twitter-də “Rusiyanın indiyə qədərki əməliyyatlarına baxanda, görürsən ki, onların logistika və kommunikasiya ilə böyük problemləri var. Bütün əməliyyat qarmarışıq görünür” yazıb.

Konvoyun ləng hərəkət etməsinin səbəbindən asılı olmayaraq, qüvvələr artıq yerlərini dəyişiblər və şəhərə hücum etmək üçün daha təhdidedici mövqedədirlər. Maxar Technologies şirkətinin peyk görüntülər zirehli maşınlar, tanklar və artilleriyadan ibarət karvanın əsasən Kyivin şimal-şərqində Antonov hərbi aeroportun yaxınlığında meşə və şəhərlərə yerləşdirildiyini göstərir.

Mer Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın zirehli maşınları həmçinin şimal-şərqdən Kyivə doğru irəliləyirlər. O deyir ki, paytaxtdakı “hər bir küçə, hər bir bina, hər bir nəzarət-buraxılış məntəqəsi” Rusiyanın hücumuna hazırlıq məqsədilə “möhkəmləndirilib.” Kliçko deyib ki, şəhər əhalisinin yarısı, yəni təxminən 2 milyon insan Kyivi tərk edib.

Britaniyanın müdafiə naziri Ukraynada son hərbi vəziyyətlə bağlı müntəzəm olaraq etdiyi ictimai açıqlamasında deyib ki, Rusiya qüvvələrinin mövqeyini ümumi olaraq dəyişməyə başlayıb və növbəti günlərdə hücum ikiqat artırıla bilər. “Buna böyük ehtimalla paytaxt Kyivə qarşı əməliyyatlar daxil olacaq,” o deyib. Ancaq Britaniiyanın müdafiə naziri deyib ki, Rusiya qüvvələri logistik problemlərlə üzləşirlər və Ukraynanın gözlənildiyindən daha sərt müqavimətinin öhdəsindən gəlməkdə böyük çətinlik çəkirlər.

Müstəqil hərbi ekspertlərin sözlərinə görə, Rusiyanın döyüş taktikasının zəif olduğu da görünür. Onlar Ukraynanın artilleriyasının cümə axşamı Kyivin şərqində Brovari şəhərində Rusiyanın tank karvanını pusquya düşürməsi və iki tankı ələ keçirdikdən, komandirini isə öldürdükdən sonra onların geri çəkilməsinə istinad edib. Pusqu videoya çəkilib və bəzi analitiklər tankların nə üçün bir-birinin ardınca sıraya düzüldüyünü və daha geniş yayılmamasını sual edib.

Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov cümə günü bildirib ki, Rusiya qüvvələri Ukraynanın qərbində Lutsk və İvanp-Frankivsk şəhərlərində iki hərbi aerodromlara uzun-mənzilli raket hücumları ediblər. Ukraynanın ordu rəsmiləri hücumları təsdiq edib, ancaq Rusiyanın hər iki aerodromda havadan hücum təsislərinin dağıldığına dair iddialarını inkar edib. Yerli rəsmilər deyib ki, Lutks hərbi aerodomda iki hərbi qulluqçu öldürülüb, altı nəfər yaralanıb.

Rusiya qoşunlarının Kyiv ətrafında yerdəyişməsi cümə günü sürətlə davam etdiyi bir vaxt, Rusiya lideri Vladimir Putin mümkün danışıqlarla bağlı müsbət ton sərgiləyib. O, deyib ki, Moskvada “müəyyən müsbət dəyişikliklər olub” və Ukrayna ilə danışıqlar hər gün davam edir. O bunu cümə axşamı Türkiyədə Rusiya və Ukraynanın xarici işlər nazirlərinin arasında danışıqlarda hər hansı bir irəliləyişin olmamasına rəğmən söyləyib.

Kremlin sözçüsü Dmitri Peskov da həmçinin Moskvada müxbirləri təəcübləndirib və Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş ehtimalının olduğunu söyləyib. Ancaq onun sözləri görüşün ya istisna olmadığı ya da mümkün olduğu anlamına gələ bilər.

XS
SM
MD
LG