Accessibility links

Rusiyanın Xarici İşlər naziri Hindistanın Ukrayna böhranı ilə bağlı mövqeyini yüksək qiymətləndirib


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hindistana Ukrayna böhranını “birtərəfli” qiymətləndirmədiyinə görə təşəkkür edib və iki ölkənin yerli valyutalardan istifadə edərək ticarət aparmağın yollarını tapacağını bildirib.

“Bizim əlaqələrimiz keçmişdə bir çox çətin dövrlərdə də çox davamlı olub. Hindistanın bu vəziyyəti bütün faktlara əsaslanaraq qəbul etdiyini yüksək qiymətləndiririk” – deyə, Lavrov cümə günü Yeni Dehliyə səfəri zamanı bildirib.

Yeni Dehli Qərb ölkələrinin Ukraynaya müdaxiləsinə görə Moskvaya qarşı daha sərt addımlar atmaqda onlara qoşulmaq üçün güclü təzyiqlərlə üzləşir.

Hindistan işğalı pisləməyib, Birləşmiş Millətlər Təşkilatının Moskvanı qınayan qətnamələrindən imtina edib və Rusiyadan güzəştli qiymətlərlə xam neft almaq üçün sövdələşmələr aparır. Bu, ABŞ və müttəfiqlərini qıcıqlandırır.

Lavrov Hindistanın Baş naziri Narendra Modi ilə də görüşərək ölkəsinin sülh səylərinə töhfə verməyə hazır olduğunu çatdırıb.

Hindistanın Xarici İşlər nazirliyi bildirib ki, Lavrovla müzakirələr zamanı Subrahmanyam Caişankar Ukraynada zorakılığın dayandırılmasının, hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb və fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb.

İşğalı pisləməyən başqa bir ölkə olan Çindən Hindistana gələn Lavrov belə görünür ki, Qərbin sərt sanksiyaları qarşısında Moskvanın iki böyük Asiya müttəfiqi arasında dəstəyi gücləndirməyə çalışır.

Hindistanın Xarici İşlər naziri ilə apardığı müzakirələrdən sonra jurnalistlərə açıqlama verən Lavrov Moskvanın uzun illər əvvəl milli valyutalarla ticarət sistemini inkişaf etdirdiyini və bu mexanizm vasitəsilə Hindistan kimi ölkələrlə dollar, avro və digər əsas valyutalar olmadan ticarət üçün “daha çox əməliyyatların” aparılacağını bildirib.

“Qərbin qeyri-qanuni, birtərəfli sanksiyalarının yaratdığı süni maneələrdən yan keçməyin bir yolunun tapılacağına şübhəm yoxdur. Bu, həm də hərbi-texniki əməkdaşlıq sahəsinə aiddir” – deyən Lavrov qeyd edib ki, Rusiya Hindistanı istədiyi mallarla təmin etməyə hazırdır.

Hindistanın hərbi texnikasının üçdə ikisindən çoxu Rusiyadan gəlir və ehtiyat hissələrinin tədarükü Çinlə gərgin sərhəd qarşıdurmasının yumşalma əlaməti olmayan Yeni Dehli üçün çox vacibdir.

XS
SM
MD
LG