Accessibility links

Rusiyanın təyin etdiyi rəsmilər Ukraynanın Xerson şəhərinin təxliyəsinə göstəriş verib


Rusiyanın nəzarət etdiyi Xerson şəhərindən təxliyə olunan mülki vətəndaşlar bərə ilə Xerson bölgəsindəki Oleşki şəhərinə gedirlər. 22 oktyabr, 2022-ci il.
Rusiyanın nəzarət etdiyi Xerson şəhərindən təxliyə olunan mülki vətəndaşlar bərə ilə Xerson bölgəsindəki Oleşki şəhərinə gedirlər. 22 oktyabr, 2022-ci il.

Ukraynada Rusiyanın təyin etdiyi rəsmilər şənbə günü Xerson şəhərində hər kəsə Ukrayna qüvvələrinin Rusiyanın ölkəyə hərbi müdaxiləsindən sonra ələ keçirdiyi ilk şəhərinə əks-hücum edəcəyi gölzənidiyi bir vaxt şəhəri “dərhal” tərk etməyə çağırıblar.

Kreml tərəfdarı bölgə administrasiyası Telegram-da mülki vətəndaşları Rusiyanın nəzarət etdiyi digər ərazilərə köçmək üçün qayıqlarla çayı keçməyə çağırıb və buna səbəb olaraq cəbhədə gərgin vəziyyəti və şəhərin Kyiv tərəfindən atəşə tutulma təhlükəsi və iddia olunan “terror hücumları”nı göstərib.

Xerson artıq təqribən səkkiz aydır davam edən müharibənin ilk günlərindən bəri Rusiyanın nəzarəti altındadır. Şəhər eyni zamanda Xerson vilayətinin paytaxtıdır. Həmin vilayət isə Prezident Vladimir Putinin ötən ay qanunsuz olaraq ilhaq etdiyi və cümə axşamı Rusiya qanunları altında hərbi vəziyyət elan etdiyi dörd bölgədən biridir.

Ukrayna qüvvələri cümə günü bütün vilayətdəki Rusiya mövqelərini bombalayıblar və Dnepr çayı üzərində Kremlin tərəfdarı qüvvələrin təchizat yollarını hədəf alıblar və Xerson şəhərinə tammiqayslı hücum keçirməyə yaxınlaşıblar. Ukrayna avqust ayının sonunra əks-hücuma başlayandan bəri vilayətin şimalında bəzi kəndləri geri alıblar.

Rusiyanın təyin etdiyi rəsmilərin əsas sənayeləri və limanları səbəbilə hər iki tərəf üçün vacib mövqe olan Xerson şəhərini qalaya çevriməyə çalışdıqları, eyni zamanda on minlərlə sakini köçürməyə cəhd etdikləri deyilir.

Ukrayna ordusunun Baş Qərargahının verdiyi məlumata görə, Kreml verdiyi itkiləri kompensiiyasia etmək və cəbhə xəttindəki bölmələrini gücləndirmək üçün ətraf bölgəyə 2000 əsgər göndərib.

Dnepr çayı bölgədəki döyüşlərdə mühüm to oynayır, çünki bir çox kritik funksiyanı yerinə yetirir. Çay təchizatlar, qoşunlar və mülki vətəndaşlar üçün keçid, Ukraynanın cənubu və ilhaq olunan Krım Yarımadasını su, su elektrik sansiyasından isə enerji istehsalı ilə təmin edir.

Ərazinin bpyük bir hissəsi, o cümlədən elektrik stansiyavı və Krımı su ilə təmin edən kanal Rusiyanın nəzarəti altındadır.

Xersonun Kremlin dəstəklədiyi rəsmiləri daha öncə Rusiyanın təyin etdiyi bütün rəsmiləri və 60 minə yaxın mülki vətəndaşları təxliyə etmək planlarını açıqlamışdılar. Bölgə lideri Volodimir Saldo bunun “mütəşəkkil, mərhələli yerdəyişmə” olacağını deyib.

Rusiyanın təyin etdiyi bir digər rəsmi şənbə günü bildirib ki, bölgə boyu təxminən 25 min insan Dnepri keçib. Kirill Stremousov Telegramda bildirib ki, mülki vətəndaşlar istəyərək köçürlər.

“İnsanlar aktiv şəkildə köçürlər, çünki bu gün prioritet həyatdır. Biz heç kəsi heç yerə çəkmirik,” o deyib.

Ukrayna və Qərb rəsmiləri sakinlərin Rusiya və ya Rusiyanın işğal etdiyi ərazilərə mümkün məcburi köçürülməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Ukrayna rəsmiləri Xerson sakinlərini onları köçürmək cəhdlərinə müqavimət göstərməyə çağırıblar. Bir yerli rəsmi iddia edib ki, Moskva mülki vətəndaşları girov götürmək və onlardan canlı qalxan kimi istifadə etmək istəyir.

XS
SM
MD
LG