Accessibility links

Volqoqrad İstintaq İdarəsi Quranın yandırılması ilə bağlı cinayət işini Çeçenistana verib


Rusiya İstintaq Komitəsinin saytında bildirilib ki, respublika sakinlərinin qurban kimi tanınması ilə bağlı "çoxsaylı müraciətlər"dən sonra Quranın yandırılması ilə bağlı cinayət işi Volqoqrad İstintaq İdarəsindən Çeçenistana verilib.

"Ərazi yurisdiksiyasının dəyişdirilməsi qərarı əsasən də Çeçenistan Respublikası sakinlərinin qurban kimi tanınması ilə bağlı çoxsaylı müraciətləri də olmaqla, bir sıra əsaslar səbəbindən olub" - deyə, məlumatda bildirilib.

Bir gün əvvəl Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərindəki məscidin fonunda videokamera qarşısında Quranı yandırmaqda şübhəli bilinən yerli sakin Nikita Juravelin saxlandığını bəyan edib. Söhbət videonun müəllifi olduğu iddia edilən şəxsin məscidin fonunda əlində yanan Quranım göründüyü 11 saniyəlik videodan gedib.

Məlumatda bildirilir ki, video 2023-cü il mayın 19-dan gec olmayaraq, Volqoqradın Povorinskaya küçəsindəki məscidinin ərazisində çəkilib və "Ukraynanın İnformasiya və Psixoloji Əməliyyatlar Mərkəzinin nəzarətində olan internet portalında" yayımlanıb.

İstintaqın iddiasına görə, dindirmə zamanı Juravel "Quranın Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl mükafat müqabilində" yandırdığını və videonu Ukrayna Təhlükəsizlik Xidmətinin zabitinə təhvil verdiyini deyib.

Volqoqrad sakini dindarların hisslərini təhqir etmək - Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunub. Ona üç ilədək həbs cəzası verilə bilər.

XS
SM
MD
LG