Accessibility links

Ukraynada 46,5 mindən çox rusiyalı hərbçinin öldüyünün təsdiqləndiyi deyilir


Jurnalistlər 2022-ci ilin fevralından bəri Ukraynada müharibədə həlak olan 46 678 rus əsgərinin adını müəyyənləşdiriblər. Müstəqil hesablamalar könüllülər qrupu ilə birlikdə BBC Rus XidmətiMediazona tərəfindən aparılıb. Bunlar yalnız açıq mənbələrdən təsdiqlənən adlardır. İtkilərin faktiki miqyası nəzərəçarpacaq dərəcədə böyük ola bilər.

Son hesabat açıqlandıqdan sonra iki həftə ərzində daha 1555 nəfərin öldüyü təsdiqlənib ki, bu da müharibənin başlanmasından bəri ən yüksək rəqəmlərdən biridir.

Jurnalistlər qeyd edirlər ki, hərbçilərin ölümü ilə bağlı xəbərlər adətən qohumlarına gecikmələrlə çatır. Buna görə də itkilərin artması qismən Avdiyivkaya edilən hücumun nəticələri ilə bağlı ola bilər. Lakin sonradan Rusiya ordusunun Donetsk və Luhansk vilayətlərində hücum cəhdləri zamanı da itkilərin olduğu təsdiqlənib.

BBC qeyd edir ki, hazırda ən böyük itkilər cəbhəyə gedən könüllülər (üstəlik iki həftə ərzində 382 nəfər), səfərbər edilənlər (219 nəfər) və həbsxanalardan cəlb edilən məhbuslar (191 nəfər) arasındadır.

Tədqiqatçılar hesablamaları açıq mənbələrdən - yerli administrasiyaların, medianın, qurbanların yaxınlarının hesabatları, həmçinin qəbiristanlıqlardan alınan məlumatlardan aparır. Onların fikrincə, itkilərin real miqyası azı iki dəfə çox ola bilər.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin daha əvvəl müharibə başlayandan bəri 315 min rus əsgərinin öldüyü və ya yaralandığını bildirib. Jurnalistlər hesab edirlər ki, Bernsin qiymətləndirməsi reallığa daha yaxındır.

Moskva və Kyiv Ukrayna müharibəsində öz itkilərini açıqlamır, yalnız düşmənin itkilərindən danışır. Hərbi münaqişələrin tərəfləri öz uğurlarını şişirtməyə və uğursuzluqlarını azaltmağa meyllidir. BBCMediazona tərəfindən aparılan araşdırmalar ölümlərin sayı ilə bağlı aparılan ən mühüm müstəqil hesablamalardandır.

Forum

XS
SM
MD
LG