Accessibility links

Rusiyanın baş naziri Tehranda İran prezidenti ilə görüşəcək


Rusiyanın baş nazir Mixail Mişustin
Rusiyanın baş nazir Mixail Mişustin

Rusiyanın baş naziri Mixail Mişustinin bazar ertəsi Tehranda İran prezidenti Məsud Pezeşkianla görüşəcəyini bəyan edib.

Bu açıqlama Rusiyanın İsrailin İranın dəstəklədiyi Hizbullah lideri Həsən Nəsrullahın Beyrutdakı "siyasi qətlini" pislədiyi bir vaxt verilib.

Hökumətin bəyanatında Mişustinin Pezeşkian və birinci vitse-prezident Məhəmməd Rza Arifllə danışıqlar aparacağı deyilib.

"Ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Rusiya-İran əməkdaşlığının bütün spektrinin müzakirəsi planlaşdırılır", Rusiyanın bəyanatında bildirib.

Danışıqlarda "nəqliyyat enerjisi, sənaye və kənd təsərrüfatını əhatə edən sahələrdə birgə böyük layihələrin həyata keçirilməsi müzakirə olunacaq" deyilib.

Qərb hökumətləri İranı Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Moskvaya həm pilotsuz təyyarələr, həm də raketlər verməkdə ittiham edir. Tehran bu ittihamı dəfələrlə rədd edib.

Pezeşkian BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərindən ibarət hökumətlərarası təşkilat) sammitində iştirak etmək üçün gələn ay Rusiyaya edəcəyi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazırlaşır.

Rusiyanın baş naziri Mişustin İranı tərk etdikdən sonra çərşənbə axşamı Ermənistanda "Avrasiya İqtisadi Forumu"-nun iclasında iştirak edəcək.

Açıqlamada bildirilib ki, görüşdə rəqəmsallaşma, bazar əməliyyatları, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadan ibarət Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Rusiya tez-tez "Avrasiya İqtisadi İttifaqı"nı Qərbin siyasi və iqtisadi qruplaşmalarına alternativ kimi təqdim edir.

Forum

XS
SM
MD
LG