Accessibility links

Putin "Yaxın Şərqdən olan könüllülərin" Ukraynadakı "döyüş zonasına" daxil olmasına kömək etməyi tapşırıb


Rusiya prezidenti Vladimir Putin "Yaxın Şərqdən olan könüllülərə" Ukrayna ərazisində "döyüş zonasına" getməyə kömək etməyi tapşırıb. O, Təhlükəsizlik Şurasının iclasında 16 minə yaxın insanın separatçı "LXR" və "DXR"ə "azadlıq hərəkatında" iştirak etmək üçün gəlməyə hazır olduğunu qeyd edən Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatına belə münasibət bildirib.

"Bizə müxtəlif ölkələrdən çoxlu sayda könüllülərdən çoxlu sayda müraciətlər daxil olur ki, onlar Luqansk və Donetsk Xalq Respublikalarına azadlıq hərəkatı hesab etdikləri hərəkatda iştirak etmək istəyirlər. Ən çox müraciət edənlər isə Yax;n Şərq ölkələrindəndir: artıq 16,000-dən çox müraciət var” – deyə, Şoyqu bildirib.

“Əgər görsəniz ki, könüllü olaraq, xüsusən də pul üçün olmadan, gəlib Donbasda yaşayan insanlara kömək etmək istəyənlər var, o zaman onlara tərəf getmək və döyüş bölgəsinə keçmələrinə kömək etmək lazımdır” – deyə, Rusiya Prezidenti cavab verib.

Putin öz qərarını "Ukraynanın, Ukrayna rejiminin qərbli sponsorlarının bunu gizlətmədiyini, beynəlxalq hüququn bütün normalarına məhəl qoymayaraq açıq şəkildə etdiyini" deyərək əsaslandırıb.

Rusiya prezidenti Şoyqunun hava hücumundan müdafiə və tank əleyhinə raket sistemlərinin, habelə ələ keçirilən Ukrayna və Qərb silahlarının, o cümlədən Javelin və Stinger sistemlərinin separatçı “DXR” və “LPR” separatçılarına verilməsi təklifini təsdiqləyib.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ hökumətindəki mənbələrə istinadən Rusiyanın suriyalı muzdluları Ukraynadakı müharibəyə göndərmək planları barədə məlumat yayıb. İddia olunurdu ki, söhbət şəhər mühitində döyüş təcrübəsi olan döyüşçülərdən gedir.

XS
SM
MD
LG