Accessibility links

Rusiya hərbi gəmisinin təsvir olunduğu marka Ukraynada diqqət mərkəzində


Rusiyanın Qara dənizdəki flaqman gəmisi “Moskva”ya əl işarəsi edən ukraynalı əsgəri təsvir edən marka bunu qələbə əlaməti kimi görən ukraynalılar üçün kolleksiya əşyasına çevrilib.

Cümə günü hər yaşdan yüzlərlə ukraynalı hələlik 1 milyon ədəd istehsal olunan poçt markasını almaq üçün paytaxt Kyivdə mərkəzi poçt idarəsində saatlar növbədə dayanıb.

“O, onların ən böyük gəmisi idi… Onlar ona qüvənirdilər, biz də onu məhv etdik!” 30 marka almaq üçün 2 saat yarım növbədə dayanan 22 yaşlı Yuri Kolesan deyir. “Bu, müharibədə yeni mərhələdir, qələbə mərhələsi!”

Döyüş gəmisi cümə axşamı partlayış və yanğından sonra batıb. Ukrayna buna səbəb raket hücumunun olduğunu iddia edib, ABŞ-ın müdafiə rəsmisi də cümə günü bu iddianı dəstəkləyib. Rusiya yanğına sursatların partlamasının səbəb olduğunu deyib.

Raket kreyseti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərində, onun ekipaj üzvləri Ukrayna sərhədçilərinin bir bölməsini təslim olmağa çağırdığında, lakin onlar da qəti şəkildə imtina etdiklərinə populyarlıq qazanmışdı.

Bu hadisə qısa müddətdə Ukrayanın Rusiyanın hücumuna müqavimətinin simvoluna çevrildi.

Ukraynanın poçt xidməti ötən ay bu hadisəni təsvir etmək üçün yarış elan etmişdi.

500-dən çox müraciət arasında qalib gələn lvivli dizayner Boris Qrohun dizaynında Ukrayna əsgərinin arxadan gəmiyə əl jesti etməsi təsvir olunub.

Bu marka böyük diqqət cəlb edib, bir çox poçt idarəsinə artıq satılıb.

“Biz daha çox çap etmək istəyirdik, ancaq ötən gecə Kyivə bomba hücumu zavodun işinə təsir göstərdi və biz lazım olan miqdarda [marka] çap edə bilmədik,” Ukrayna poçt xidmətinin başçısı İqor Smelyanski AFP-yə bildirib.

XS
SM
MD
LG