Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsində Ukrayna müqavimətinin ən son istehkamında irəliləyişlər əldə etdiyi deyilir. Kyiv isə hələ də nəzarətində olduğu, amma rusların demək olar ki, tam mühasirəyə aldığı iki əsas şəhərdən biri olan Severodonetskdən geri çəkilməli olacağını etiraf edib.
Bu arada isə Britaniya bildirib ki, Moskva Ukraynaya qarşı başlatdığı səbəbsiz müharibəyə siyasi bəraət qazandırmaq üçün Donbas bölgəsində qələbə çalmağa böyük ehtiyacı var.
Ukrayna Prezidenti Volodimir Zelenski bölgədə hazırkı vəziyyəti “çox çətin adlandırıb.”
“Rusiya qüvvələrini səylərini Donbas bölgəsində cəmləşdiriblər. Onlar maksimum artilleriya atəşi və artilleriya atəşi və raket zərbələrindən istifadə edirlər, Ukrayna qüvvələri isə torpaqlarımızı hazırkı müdafiə resurslarımızın imkan verdiyi şəkildə qoruyur,” Zelenski xalqa müraciətində deyib.
Üç aydır davam edən müharibədə yenidən momentum qazanmaq istəyən rus qoşunları Luhansk vilayətində sürətlə irəliləyərək, diqqətlərini Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldiblər.
Rusiya Müdafiə Nazirliyi mayın 28-də bildirib ki, qüvvələri Moskvanın dəstəklədiyi separatçı döyüşçülərlə birlikdə Severodonetskin qərbində strateji dəmir yolu qovşağı olan Limanı ələ keçirib.
Bundan öncə Britaniyanın Müdafiə Nazirliyi mayın 28-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, ehtimal olunur ki, Rusiya qüvvələri Limanı Rusiyanın hücumunun növbəti mərhələsi üçün ilkin əməliyyatının bir hissəsi olaraq ələ keçiriblər.
Rəsmilərin bildirdiyinə görə, Severodonetskdə Rusiyanın amansızca və fərq qoymadan artilleriya atəşi açması nəticəsində şəhər demək olar ki, tamamilə məhv olub, yüzlərlə dinc sakin öldürülüb.
Luhanskın qubernatoru Serhiy Hayday mayın 28-də deyib ki, o, bölgədə təxminən 10 min Rusiya əsgərinin olduğunu təxmin edir və ruslar artıq Severodonetskin bəzi hissələrinə daxil olublar.
“Mümkündür ki, onlar (ukraynalılar) təslim olmamaq üçün, şəhəri tərk edəcəklər,” Hayday deyib.
Severodonetskin meri Oleksandr Stryuk deyib ki, Rusiya fevralın sonu hərbi müdaxiləyə başlayandan bəri şəhərdə az 1500 nəfər ölüb. Şəhərdə hələ də təxminən 12 -13 min insan qalıb.