Accessibility links

Milli fəal Cəfər Rüstəmi-Rad məzuniyyətə buraxılıb


İranda covid-19 pandemiyasının bir daha təhlükəli vəziyyət alması ilə milli fəal Cəfər Rüstəmi-Rad Tehranın Evin həbsxanasından 20 günlük məzuniyyətə buraxılıb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinə istinadən, Rüstəmi-Rad iyulun 17-də Tehranın Evin həbsxanasından avqustun 7-ə qədər məzuniyyətə buraxılıb. Cəfər Rüstəmi-Rad daha öncə də pandemiya səbəbindən aprelin 2-də mülki zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılmışdı, ancaq mayın 21-də təkrar Evin həbsxanasına qaytarılıb və 15 gün həbsxananın karantin bölməsində saxlanılmışdı.

Milli fəal Cəfər Rüstəmi-Rad 2018-ci ilin iyulunda Babək qalası tədbirləri zamanı Tehran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq bir ay Tehranın Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin nəzarətində sorğu-sual altına alındıqdan sonra mülki zəmanət qarşılığında məhkəmə zamanına qədər sərbəst buraxılmışdı.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi milli fəalı sistemə qarşı təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum etdi. Rüstəmi-Rad verilən hökmün həyata keçirilməsi üçün həbsxanaya köçürüldükdən sonra başqa bir məhkəmə tərəfindən 2013-cu ilin fevralında Təbrizdə Traktor komandasının matçında iştirak etdiyi üçün 7 ay həbsə məhkum edilərək həbs müddəti 13 aya yüksəldi. Milli fəalın 6 ay həbs cəzası tamamlansa da ikinci məhkəmə tərəfindən verilən 7 ay həbs cəzası davam edir.

İranda pandemiyanın başından siyasi məhbusların bir hissəsi məzuniyyətə buraxılsa da həbsxana təhlükələrinə baxmayaraq Dr. Lətif Həsəni və Abbas Lisani kimi azərbaycanlı siyasi məhbusların məzuniyyətinə izin verilməyib. Ayrıca digər məzuniyyətə buraxılan siyasi məhbuslar pandemiya təhlükəsi davam edən vəziyyətdə məhkəməyə qaytarılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG