Accessibility links

Rüstəm İbrahimbəyovun ofisində axtarış aparılıb


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

“Mən hər dəfə çıxış edəndən sonra belə təzyiqlər edirlər. Mənə mesaj verirlər ki, ya sus, ya da səndən əl çəkməyəcəyik”, deyə İbrahimbəyov bildirib

Yanvarın 18-də Vergilər Nazirliyinin əməkdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıb.

İttifaqın sədri Rüstəm İbrahimbəyov “Media forum” saytına deyib ki, axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 nəfər əməkdaşı həyata keçirib.

“Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər bu sənədlər onlara lazımdır və onları aparmalıdırlar. Baxmayaraq ki, həmin sənədlərin surətini çoxdan vergi nümayəndələrinə vermişik. Onlar da bir ay ərzində həmin sənədləri yoxlayıblar. Birinci yoxlamadan sonra bildiriblər ki, hər hansı qanun pozuntusu yoxdur. İkinci araşdırmadan sonra isə bildiriblər ki, vergidən yayınma olub və cinayət işi açırıq. İndi də gəlib bütün sənədləri yığıb götürüblər. Mən hər dəfə çıxış edəndən sonra belə təzyiqlər edirlər. Mənə mesaj verirlər ki, ya sus, ya da səndən əl çəkməyəcəyik”.

R.İbrahimbəyov bildirib ki, axtarış zamanı ittifaqda olmayıb.

“Başqa işlərim var, ona görə də ittifaqa getmədim. Orada başqa işçilərimiz var”, o qeyd edib.
XS
SM
MD
LG