Accessibility links

Rüstəm İbrahimbəyov: Milli Şuradan prezidentliyə daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Milli Şura sədri qurum üzvlərinə müraciət edib. "Milli Şura üzvlərinin monolitliyinin zəiflədilməməsi vacibdir"

Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasına müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycanda prezident seçkiləri gününə iki aydan az vaxt qalıb. Rusiya vətəndaşlığından çıxmaqla bağlı qərarın alınması prosesinin sürətlənməsi üçün bütün səylərimi göstərirəm. Qeydiyyatıma mane olan əngəllərin aradan qaldırılmasının digər yolları da var. Bu məsələ ilə beynəlxalq hüquqşünaslar qrupu fəal şəkildə məşğuldur.

Bununla belə, vahid namizədin qeydə alınmamaq təhlükəsini nəzərə alaraq Milli Şuraya daxil olan siyasi partiyalar, hərəkat və təşəbbüs qruplarından seçki prosesində iştirak etməyə hazır olan daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm.

Belə halda Milli Şura qərar verəcək: qeydiyyatdan keçənlərdən hansını demokratik qüvvələrin əsas namizədi kimi dəstəkləsin. Mənə elə gəlir ki, hadisələrin bu cür inkişafı demokratik müxalifətin uğruna imkan verəcək, ancaq bu zaman vahid namizədin irəli sürülməsi və qeydiyyatdan keçməsi məsələsində Milli Şura üzvlərinin monolitliyinin zəiflədilməməsi vacibdir. Yalnız bu halda beynəlxalq qüvvələrin dəstəyinə ümid etmək olar.

Öz tərəfimdən bu məsələnin müsbət həlli üçün sarsılmaz qətiyyətlə mübarizə aparmaq niyyətindəyəm”, deyə müraciətdə qeyd olunur.
XS
SM
MD
LG