Accessibility links

Putin Rusiyanın ABŞ seçkilərinə müdaxilə iddialarını bir daha rədd edib


Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ prezidenti Donald Trampın həmkarları ila Rusiyanın işbirliyi iddialarını Traçpının opponentləri “uyduraraq” onun legitimliyinə zərbə vurmaq istəyib.

ABŞ kəşfiyyatı bu ilin yanvarında belə bir qənaətə gəlib ki, Putin kiberhücumlar, saxta xəbərlər və digər metodlarla ABŞ-da prezident seçkisinə “müdaxilə kampaniyası”na göstəriş verib.

Onların fikrincə, Kremlin məqsədi demokratların namizədi Hillari Klintona qarşı Trampa üstünlük qazandırmaq olub. Putin bu iddiaları artıq bir neçə dəfə təkzib edib.

Moskvada keçirilən illik marafon mətbuat konfransında Putin deyib ki, seçki kampaniyası dövründə Rusiya ilə gərgin münasibətləri düzəltmək istəyini dilə gətirən Trampa bu yöndə əngəl törədildiyinə inanır.

Rusiya prezidentinin fikrincə, Moskvanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsiylə bağlı araşdırma daxili çəkişmələrin nəticəsidir, Birləşmiş Ştatlarda “yerli siyasi duruma ziyan vurub”, Trampı seçmiş “seçicilərə hörmətsizlik” sərgiləyib.

O, Trampın prezident kimi böyük uğurlar qazandığını vurğulayıb, bazarların böyüməsini misal gətirib və ABŞ-Rusiya münasibətlərinin dirçələcəyinə ümidini ifadə edib.

Putin Rusiyanın Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Nüvə Qüvvələri Sazişini (INF) pozmasına dair ittihamı bir daha səsləndirib, deyib ki, Vaşinqton, faktiki olaraq, sovet dövrünə aid silahlara nəzarət paktından çıxıb.

ABŞ isə iddia edir ki, Rusiya sazişi pozaraq raket qurğusu hazırlayıb.

Putinin sözlərinə görə, Rusiya silahlara nəzarət sazişlərindən çıxmayacaq, amma silahlanma yarışına cəlb olunmadan ordusunu inkişaf etdirəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG