Accessibility links

Təbrizli milli fəal Ruzbeh Piri 5 milyon tümənlik cərimə ödəməlidir


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Ruzbeh Piri 5 milyon tümənlik cərimə ödəməyə məhkum edilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Ruzbeh Pririnin məhkəmə hökmünün surətini yayımlayıb. Məhkəmə qərarına görə, O, Təbriz Cəza Məhkəməsinin 103-cü şöbəsi tərəfindən "kiber məkanda yalan məlumat yaymaq" ittihamı ilə suçlanaraq, 5 milyon tümənlik pul cəzasına məhkum edilib.

Ruzbeh Piri qardaşı Yaşar Pirinin təhlükəsizlik qüvvələrinin işgəncələrindən dolayı xəstəxanaya köçürüldüyü zaman onun fiziki vəziyyəti haqqında məlumat yaydığı üçün mühakimə edilib.

Ruzbeh Pirinin məhkəmə iclası mayın 11-də İslam İnqilabı Keşikçiləri Korpusunun iki qanuni nümayəndəsinin iştirakı ilə Təbriz Cəza Məhkəməsinin 103-cü şöbəsində keçirilmişdi.

Aprel ayının 3-də Ruzbeh Piri Təbriz Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb və məhkəməyə müraciət etdikdən sonra ona qarşı irəli sürülən ittihama görə, 80 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılımışdı.

Ruzbeh qardaşı Yaşarın işgəncələrdən dolayı xəstəxanaya köçürüldüyü zaman onun fiziki vəziyyəti haqqında məlumat yaydığına görə, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinin sədri, hakim Musəvi tərəfindən "sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşdu.

Fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Yaşar Piri həbsxanadan sərbəst buraxıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Ruzbeh Piri öz Instagram hesabında qardaşının nəfəs borusu və böyrəklərinin həbs edilərkən təhlükəsizlik qüvvələri tərəfindən bibər qazından istifadə edilməsi nəticəsində zədələndiyini bildirmişdi.

Həmçinin Yaşar Pirinin həbsdə olduğu müddətdə İran hökumətinin təhlükəsizlik qüvvələri və həbsxana məmurları tərəfindən işgəncə və döyülmə nəticəsində bədəninin bəzi hissələri göyərmişdi.

Piri qardaşları indiyədək dəfələrə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və fərqli ittihamlarla mühakimə olunub, fərqli cəzalara məruz qalıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG