Accessibility links

Güneyli yazar Ruzbeh Səadəti zindana göndərildi


Ruzbeh Səadəti
Ruzbeh Səadəti

Güneyli blogger altı aylıq həbs hökmünü tamamlayacaq

Güneyli yazar, blogger və türk dili müəllimi Ruzbeh Səadəti daha öncə Təbriz Məhkəməsi tərəfindən məhkum olduğu 6 aylıq həbs müddətini tamamlamaq üçün iyulun 12-də Təbrizin mərkəzi zindanına göndərilib.

Bu barədə mədəni fəalın yaxınları Amerikanın Səsinə məlumat verib.

İranın İnqilab məhkəməsi Ruzbeh Səadəti və milli fəallar İbrahim Savalan, Məhəmməd Əhədi, Mehrdad Kərəmi və Əfşin Şəhbazini 2012-ci ilin mayında “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə edərək həbsə məhkum etmişdi.

Çıxarılan hökmə görə, Səadəti 6 ay qəti və əlavə olaraq 6 ay şərti həbsə məhkum olunub.

Ötən fevral ayında Amerikanın Səsinə verdiyi müsahibədə güneydə oyanış mahiyyətli fəaliyyətin önəmli olduğunu vurğulayan Ruzbeh Səadəti İranda türk dilinin rəsmi olmasını güneyli fəalların minimum tələbi kimi dəyərləndirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG