Accessibility links

Ərdəbildə Azərbaycana dəstək aksiyaları ilə əlaqədar mühakimə edilən fəala bəraət verilib


Keçən ilin oktyabr ayında Ərdəbil vilayətində keçirilən Azərbaycana dəstək aksiyaları ilə əlaqədar rejimə qarşı təbliğat, habelə İranın sabiq və hazırkı dini liderini aşağılamaq ittihamı ilə mühakimə edilən türk fəal Rza Seyyid Nuriyə bəraət verilib.

Milli fəal keçən ilin oktyabr ayının 18-də Ərdəbil vilayətinin Muğan bölgəsində nəzarət altına alınıb, bir gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Qarabağ müharibəsi zamanı İran Azərbaycanında keçirilən aksiyalar ilə əlaqədar mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəzar çıxarılırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırılmayı gözləyir.


Daha sonra Ərdəbil vilayəti Parsabad şəhərinin ümumi və inqilab prokurorluğu sosial mediada Qarabağa dəstək aksiyaları ilə əlaqədar paylaşılan bəzi görüntülərin Rza Seyyid Nuri tərəfindən yükləndiyini iddia edərək, ona qarşı “İslam Respublikasının banisini (Ruhullah Xomeyni) aşağılamaq” və “dini lideri (Seyyid Əli Xameneyi) aşağılamaq”, habelə “nizama qarşı təbliğat” ittihamını irəli sürmüşdü.

Lakin Parasabad Cəza Məhkəməsi sözügedən görüntülərin Seyyid Nuri tərəfindən sosial mediaya yükləndiyinə dair bir dəlilin mövcud olmadığını qeyd edərək ona bəraət qazandırıb.

Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədində yazlıb ki, “müttəhim Rza Seyyid Nuri sözügedən görüntüləri İnstagram sosial şəbəkəsinə yüklədiyini inkar edir. Görüntülərin müxtəlif səhifələrə yükləndiyini nəzərə alaraq, onların müttəhim tərəfindən yükləndiyinə dair bir dəlil mövcud deyil. Bu səbəblə, habelə əsasın bəraət olduğunu nəzərə alaraq bəraət qərarının verildiyini açıqlayırıq.”

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən həftələr ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəza çıxarılırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG