Accessibility links

Siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb


Ərdəbil Həbsxanasında saxlanılan siyasi məhbus Rza Vasiqi girov qarşılığında məzuniyyətə buraxılıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumata görə, Rza Vasiqi avqustun 11-də məzuniyyətə buraxılıb.

O, keçən il noyabrın 4-də Ərdəbil Məhkəməsinin İcra bölməsinə getdiyi zaman tutularaq Ərdəbil həbsxanasına köçürülmüşdü. O, artıq 10 aydır ki, Ərdəbil Həbsxanasında 2 illik həbs cəzasını çəkməkdədir.

Əli və Rza Vasiqi qardaşları keçən il iyunun 10-da iş yerlərində təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində ağır şəkildə döyülərək saxlanılmışdılar.

Təhlükəsizlik qüvvələrinin milli fəalları nəzarətə alarkən həbs orderi təqdim etmədikləri üçün Vasiqi qardaşları buna etiraz edərək müqavimət göstərmişdilər.

Təhlükəsizlik qüvvələri isə onları döyərək həbs etmişdi. Təxminən bir həftə təcridxanada dindirildikdən sonra 110 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər buraxılmışdılar.

Onlar müvəqqəti azadlığa çıxdıqları zaman sosial şəbəkələrdə bədənlərində döyülmə nəticəsində yaranan göyərmə izlərinin fotoları yayılmışdı.

Ərdəbil İnqilab Məhkəməsi ilk başda Rza və Əli Vasiqiyə müvafiq olaraq 2 və 3 il həbs cəzasına məhkum etmişdi. Lakin Apellyasiya Məhkəməsi Əli Vasiqinin həbs qərarını 2 ilə azaltmışdı.

Vasiqi qardaşları “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" və "vərəqələr yaymaqla İran İslam Respublikasına qarşı təbliğat aparmaq" da ittiham edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG