Accessibility links

Söner Çağaptay: Türkiyənin dəstəyi güc balansını Azərbaycanın xeyrinə dəyişən mühüm faktor oldu


Söner Çağaptay: Türkiyənin dəstəyi güc balansını Azərbaycanın xeyrinə dəyişən mühüm faktor oldu
please wait

No media source currently available

0:00 0:08:33 0:00

Türkiyə parlamenti noyabrın 17-də Dağlıq Qarabağda atəşkəsin icrasını izləmək üçün Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun qəbul edib. Türkiyə hərbçiləri bununla bir il müddətinə Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək. Türkiyənin Azərbaycana sülhməramlı qüvvələrini göndərməsi Ankaranın Cənubi Qafqaz bölgəsində nüfuzunu daha da artırmaq imkanı əldə etdiyi kimi qiymətləndirilir.

Vaşinqtondakı Yaxın Şərq institutunun Türkiyə proqramlarının direktoru Söner Çağaptay Ankaranın hərbi dəstəyinin Azərbaycanın qələbəsində həlledici faktorlardan biri olduğunu bildirir. “Türkiyə hər zaman Azərbaycana siyasi dəstək verib, amma ilk dəfə hərbi dəstək verdi. Fikrimcə, əslində bu, İsrail silahları ilə birlikdə bu ərazidə güc nisbətini Azərbaycanın xeyrinə dəyişən bir amildir.”

Lakin Söner Çağaptay Rusiyanın regionda dominant rol oynamağa davam etdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair imzalanmış razılaşmaya əsasən, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirməsi Moskvanın daimi hərbi mövcudluğuna işarə edə bilər. “Əlbəttə ki, beş ildən sonra bunun yenilənəcəyi deyilir, amma mən beş ildən sonra hər iki tərəfin də ruslara `gedin` deyəcəyini düşünmürəm. Azərbaycan üçün müsbət bir mənzərə yarandığı halda Türkiyənin Cənubi Qafqazda Rusiyadan sonra ikinci bir oyunçu olduğunu deyə bilərik.”

Türkiyə və Rusiya keçən həftə Azərbaycan və Ermənistan arasında atəşkəsə nəzarət etmək məqsədilə birgə monitorinq mərkəzinin yaradılmasına dair anlaşma imzalayıb. Eyni zamanda, tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi nəzərdə tutulur.

Söner Çağaptay Naxçıvanla Azərbaycan arasında dəhlizin yaradılmasının Türkiyə üçün mühüm bir naliyyət olduğunu qeyd edib. “Bu, Türkiyəni fiziki olaraq Azərbaycana bağlayacaq. Rusiya bu razılaşmanın monitoru və qarantı olsa da, bu vacib bir inkişafdır. Əlbətdə ki, Türkiyənin müttəfiqi olan Azərbaycan əhəmiyyətli bir qələbə qazandı. Ancaq görünən budur ki, əvvəlki açıqlamardan fərqli olaraq, Qarabağdakı sülhməramlı qüvvələr ruslardan ibarət olacaq. Türkiyə yalnız müşahidəçi olacaq, bəlkə bunu da etməyəcək. Əlbəttə ki, bu mərhələdə vacib olan bu sülhməramlı qüvvələrin tərkibi və quruluşudur.”

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə Suriyada müsbət əməkdaşlıq təcrübəsinin Dağlıq Qarabağda koordinasiya üçün zəmin yaratdığını bildirib. Söner Çağaptayın fikrincə, Moskvanın Ankara ilə bundan öncə Suriya və Liviyada, hazırda isə Dağlıq Qarabağda müşahidə edilən iş birliyinin əsas motivləri Rusiyanın NATO üzrə müttəfiqlər olan Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətləri pozmaq istəyi ilə izah edilə bilər.

“Putin NATO daxilindəki harmoniyanı pozmağa çalışır. NATO-nun ən böyük ikinci hərbi qüvvəsinə malik olan Türkiyə ilə ən böyük hərbi qüvvəsi olan Birləşmiş Ştatlar arasında münasibətləri pozmağa çalışır və bunun uğurlu olduğunu deyə bilərik. Bu, Suriyada başladı. Putin Suriyada Türkiyəyə bir ortaqlıq təklif etdi. Artıq bu, Liviyada inkişaf etdirilməkdədir və indi Cənubi Qafqazda da bunun inkişaf etdiyini görürük. Həqiqətən, bəlkə də Putinin istədiyi Ərdoğana bir çox yerdə ortaqlıq təklif edərək, onu tərəfdaş etmək və Türkiyə ilə ABŞ-ın arasını vurmaqdır.”

Bununla belə, o, Ankaranın Rusiyanın hədəflərini anladığını bildirərək, Türkiyənin son illərdə Rusiyadan enerji asılılığını azaltmağa çalışmasının buna işarə olduğunu deyir.

“Ankara Rusiyanın uzun müddətdə ona dost olmadığının fərqindədir. Buna ən yaxşı işarə nədən ibarətdir? Türkiyə 2015-2016-cı ilə qədər neft və təbii qazın yarısından çoxunu Rusiyadan alırdı. Bu gün Rusiyadan yalnız üçdə birini alır. Əslində, Azərbaycandan daha çox almağa başladı. Bir qədər Qazaxıstandan Xəzər dənizi vasitəsilə gəmilərlə də gəlir. Amerikadan almağa başladı. İraq kürdlərindən alır. Beləliklə, Türkiyə Rusiyadan asılılığı azaldır.“

Noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından sonra bölgəyə Rusiyanın 1960 hərbçidən ibarət sülhməramlı qüvvələri yerləşdirilib. Tərəflər atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbiçilərindən ibarət Sülhməramlı Mərkəzin yaradılması haqda razılıq əldə edib. Rusiya rəsmiləri Ankaranın iştirakının Azərbaycan ərazisində birgə monitorinq mərkəzində fəaliyyət ilə məhdudlaşdırılacağını və Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə daxil olmayacağını bildirib. Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri qaytarılması, regionda sülh, sabitlik və rifaha nail olunması üçün prosesləri nəzarətdə saxladığını bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG