Accessibility links

Süni Zəka həkimlərə daha yaxşı qərarlar verməyə yardım edə bilərmi?


Süni Zəka həkimlərə daha yaxşı qərarlar verməyə yardım edə bilərmi?
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Bura Süni Zəka üzərində qurulan dərs otağıdır. Müəllim Rişi Ravat kompüterə xərçəng hüceyrələri nümunələri daxil edir.

Rişi Ravat, Cənubi Kaliforniya Universiteti: “Bunlar sanki kompüter beyni kimidir və sən məlumatı onlara daxil edərək yeni şeylər öyrənə bilərsən. Bu, vacib qərarların qəbulunda olduqca əhəmiyyətlidir.”

Pasientlərin müalicəsində həkimlərin tərəfindən ən yaxşı qərarların müəyyən edilməsi.

Deyvid Aqus, Cənubi Kaliforniya Universiteti: “Maşınlar həkimləri əvəz etməyəcək. Kompüterlər insanları müalicə etməyəcək, amma müəyyən qərarların qəbul edilməsində yardımçı olacaqlar. Bəzi şeylər var ki, robotlar onu insan beynindən daha yaxşı təhlil edir.”

Məsələn, döş xərçəngi olan pasientdən xərçəng şişi götürülsə də, həkimlər onun müalicəsini davam etməlidir ki, xərçəngin qayıtması riskini azaltsınlar. Həmin müalicənin növü xərçəngin növündən və şişin səbəbinin estrogen olub-olmamasından asılıdır.

Den Ruderman, Cənubi Kaliforniya Universiteti: “Patoloqların etməli olduqları qəhvəyi rəngdə olan və olmayan hüceylərinin faizlərini hesablamaqdır.”

Prosss bir neçə gün, bəzən isə daha çox vaxt ala bilər.

Den Ruderman: “İnkişaf etməkdə olan ölkələrdəki həkimlərin bu cür təhlilləri aparmaq imkanları məhduddur. Ona görə də, onlar xərçəngin düzgün diaqnoz edilməsinə ehtiyac duyurlar.”

Kompüter sadəcə hüceyrələri saymaqdan daha çox iş görə bilir. Süni Zəka xəstəliyin mürəkkəb inkişaf mərhələləri görür. Bununla bərabər, ümid edilir ki, kompüterlər daha sürətli və dəqiq diaqnoz qoymağa yardımçı olaraq, insan xətalarına son qoyacaq.

Deyvid Aqus: “Biz bunu dərhal edə bilərik. İnkişaf etməkdə olan ölkələrə heç bir xərc olmadan.”

Alimlər deyir ki, kompüter elmi ilə xərçəng tədqiqatlarının bir araya gəlməsi vaxt gəlib.

Deyvid Aqus: “Bizim artıq işlədiyimiz vaxt kompüter gücündən istifadə etmək imkanımız var. Bizim xərçəngin ən kiçik hissələrini görmək, onu təhlil etmək imkanımız var. Bu, texnologiyanın bizim işə daha çox yaxınlaşmasıdır. Biz bu şeyləri bir neçə il öncə edə bilməzdik. İndi isə hər şey dəyişib.”

Yeni metodun tədqiqatı hal-hazırda döş xərçəngi üzərində aparılır. Lakin həkimlər ehtimal edirlər ki, Süni Zəka hər növ xərçəngin araşdırmasında və təhlilində istifadə ediləcək.

XS
SM
MD
LG