Accessibility links

Süni zəka US Open turnirini daha da gücləndirir


Süni zəka US Open turnirini daha da gücləndirir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Süni zəka US Open turnirini daha da gücləndirir

Kütlə Nyu Yorkun Quins ərazisində yerləşən Flushing Meadows parkına toplaşır. Burada dünyanın ən güclü tennisçilərinin iştirak etdiyi US Open turniri keçirilir.

Həm qadınlar, həm də kişilər arasında keçirilən 254 matçın olduğunu nəzərə alsaq, tennis həvəskarlarının daxırmayacağı qənatinə gəlmək olar. Səhnə arxasında isə hadisələri IBM texnologiyası izləyir.

“Bax bu hər qazanılan xaldan sonra yenilənir. Beləliklə Uotsonun necə qiymətləndirdiyini anlamaq olar.”

Diqqətdə saxlamalı olduğumuz informasiya çox olsa da, IBM-in işə cəlb etdiyi Uotson proqramı süni zəka vasitəsilə işin öhdəsindən gələ bilir. Hesabları qeydə almaqla bərabər, Uotson oyunlardan olan video görüntüləri də skan edir.

Kristi Kolski, Marketinq mütəxəssisi, IBM Sports & Entertaiment: “O kütlənin səslərini də dinləyir. Biz həm də ona oyunçuların hərəkətlərini, üz ifadələrini izləməyi öyrətmişik.”

Bu cür məlumatların hər biri, oyun ərzində baş verən ən maraqlı anları qeydə almaq və izləyiciləri məlumatlandırmaq üçün vacibdir.

Con Kent, Proqram meneceri, IBM Sports & Entertaiment: “Bir neçə il öncə, video bizim təhlil etdiyimiz materiallar arasında deyildi. Lakin indi, video çox lazımlı informasiyadır.”

Kristi Kolski: “Burada 17 kort var. Yəni ki, izləməli və təhlil etməli olduğumuz çoxlu hadisələr baş verir. Beləliklə indi oyun gedə-gedə oyunun ən maraqlı anlarını müəyyən edib, izləyicilərimizi həmin an məlumatlandırırıq.”

Lakin toplanılar məlumatlar yalnız azarkeşlər üçün deyil. Məşqçilər həmin məlumatların köməyilə idmançıları hazırlayırlar.

Martin Blakmen, Baş menecer, USTA Player Development: “Keçmişdə bu işə çoxlu əmək qüvvəsi cəlb edilirdi. Hər bir oyundakı hadisələr qələmlə qeydə alınırdı. Yəni, oyundan sonra videoya baxıb, lazım olan hadisələri qeyd edirdilər. Bu uzun çəkməklə yanaşı, çoxlu yanlışlıqlara səbəb olurdu.”

Uotsonun süni zəkası diqqələr ərzində təhlili bitirir və bununla da məlumatları gözləyən insanlara dəyərli vaxt qazandırır.

Martin Blakmen: “Əgər məşqçinin növbəti aylar üçün aktual ola biləcək stil ağlından keçirsə, biz ona eyni stil ilə oynayan tennisçilərin video görüntülərini toplayıb göndərə bilirik.”

İdmançıların üz ifadələri və hərəkətləri də onların uğurlu iştirak edib-etmədiyi haqqında siqnallar verə bilər.

Martin Blakmen: “Hətta oyun alınmayanda belə onların xüsusi intuitiv hərəkətləri olur. Bəzi idmançılar əsəbi və ya məyus olanda daha yaxşı çıxış edir.”

Belə görünür ki, süni zəkanın köməyilə idmançılar indikindən daha yaxşı çıxış ortaya qoya biləcəklər.

XS
SM
MD
LG