Accessibility links

Sürücüsüz minik vasitələri təhlükəsiz ola bilərmi?


Sürücüsüz minik vasitələri təhlükəsiz ola bilərmi?
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Sürücüsüz minik vasitələri təhlükəsiz ola bilərmi?

Avtonom yəni sürücüsüz nəqliyyat vasitələrinin böyük problemlərindən biri loqistik kompüterlərin qarışıq dünyada yaratdığı çətinliklərdir. Ötən il Arizonada piyada avtonom nəqliyyat vasitəsilə vurularaq ölüb. Lakin yeni alqoritmlər bu potensial ölümcül problemi həll etməyə çalışır.

Avtonom nəqliyyat vasitələrinin perspektivi çoxdur: daha az tıxac, daha az havanın çirklənməsi və daha az ölümcül qəzalar.

Lakin avtonom nəqliyyat vasitələrinə inkişaf etməyə hələ çox var. Tədqiqatçılar və mühəndislər avtonom nəqliyyat vasitələrinin təhlükəsizliyini sınaqdan keçirtmək üçün İsveçdə bu cür böyük test yolları salırlar.

"Bunlar özüidarə olunan nəqliyyat vasitələri üçündür. Beləliklə, bizim dörd test sınaq mühitimiz var: şəhər, kənd və ya kənd ətrafı, çox çevik və sürət zonası üçün açıq yol və sürətli magistral yolunun bir hissəsi. Özü idarə olunan avtomobildə gedərkən həll etmək istədiyiniz tipik vəziyyətlər. Bu, unikaldır," Astazerodan Piter Cavenik deyir.

Başqa bir problem piyadalardır. Küçələrdəki insanlar bəzən avtonom minik vasitələrinin diqqətindən də cəld hərəkət edir. Beləliklə, bu günlərdə sınaqlar insanları da nəzərə alır, və ya ən azı qəza testi manekenlərini.

Bu, minik vasitələrinin proqramlaşdırılması avtomobilin tez reaksiya verməsinə səbəb olan virtual piyadalar vəziyyətinə gətirir.

Bu avtomobil istehsalçıları tədricən avtonom nəqliyyat vasitələrinin ictimai yollarda olmasına mane olan problemləri həll edəcəyini söyləyirlər.

"Üç problemi həll etdik. Tıxac problemini həll etdik, yollarla olan problemi həll etdik və park etmək problemini həll etdik. İnanırıq ki, bu üç problem normal sürücülük və ya müştərilər üçün əsas məqamlardır, " Zenuity şirkətindən Dennis Nobelius deyir.

Və bu problemlərin həlli hər cür sürücülüyün - taksi xidmətindən yük daşımalarına qədər - sürücüsüz bir dünyaya yol açır.

"Həmçinin, Aynrayd avtomobili kimi avtonom şəkildə idarə olunan nəqliyyat vasitələrinin bir nöqtədən digər nöqtəyə, uzaq məsafələrə, logistik mərkəzlər arasında necə gedəcəyinə də baxacağıq. Beləliklə, bu da gələcək planlarımızdan biridir," Erikson şirkətindən Maqnus Kastell deyir.

Başqa bir təhlükəsizlik protokolu isə insanların zəruri hallarda nəzarətə keçməsini təmin edir.

Məsələn, bu yük maşını bu sınaq yolundan yüzlərlə mil uzaqlıqdakı bir stansiyadan gətirilib.

"Fikrimcə on - on beş ilə 5G mobil şəbəkələrlə əlaqəli olan şeylərin çox az artacaq. Bu nəqliyyat vasitələri, piyadalar və ya velosiped istifadəçiləri ola bilər. Həm də bağlamaların çatdıran logistik zəncir də ola bilər," Maqnus Kastell deyir.

Yeni 5G şəbəkələri insanlara nəqliyyat vasitələrinə qeyri-adi və ya çətin maneələrlə qarşılaşdıqda sükan arxasına keçmək imkanı verəcək.

İstehlakçıların proqnozlarına görə, 2022-ci ilə qədər yollarda 5 milyon avtonom minik vasitəsi olacaq.

XS
SM
MD
LG