Accessibility links

Süveyş kanalını blok edən gəmi saydan çıxarılıb


Süveyş kanalı

Süveyş Kanalının İdarəetmə Mərkəzinin rəsmiləri bazar ertəsi kanalı blok edən nəhəng kontenyer gəmisinin saydan çıxarıldığını və suya buraxıldığını bildirib.

Hadisə yerində çəkilən videoda 400 metr uzunluğuna Ever Given gəmisinin kanalda hərəkət etdiyi, ətrafında isə yedək gəmilərin olduğu göstərilib. Videoda onlarla başqa gəmilərin böhranın bitdiyinə işarə edərək fit verdiyi eşidilir.

Gəmi martın 23-də güclü külək şəraitində kanalın cənubunda diaqonal şəkildə ilişib qalmışdı və Avropa ilə Asiya arasındakı ən qısa dəniz marşrutunda nəqliyyatın dayanmasına səbəb olmuşdu.

Bazar ertəsi kanalın rəsmi olaraq açılıb-açılmayacağı həllə bəlli deyil ikən Misir Prezidenti Əbdel Fəttah Əl-Sissi rəsmi Twitter hesabında böhranın başa çatdığını elan edib.

“Məsələni Misirin əli ilə əvvəlki halına bərpa etməklə bütün dünya bu əsas nəqliyyat yolundan malları və ehtiyacları üçün istifadə edə biləcək,” o yazıb.

Ever Given gəmisi Süveyş kanalında
Ever Given gəmisi Süveyş kanalında

Kanal Qırmızı Dəniz ilə Aralıq Dənizini birləşdirən əsas yük daşıma yolunda nəqliyyatın hərəkətsiz qalmasından təxminən bir həftə sonra açılıb.

Bazar günü kanala daxil olmaq üçün 360-dan çox gəminin gözlədiyi bildirilib.

Misir hər il 5-6 milyon gəlir mənbəyi olan Süveyş Kanalının açılmasını istəyirdi. Almaniyanın Allianz sığorta şirkətinin apardığı araşdırmaya əsasən, kanalın blok olması hər il dünya iqtisadiyyatına 6-10 milyard dollara başa gəlib.

Bəzi dənizçilik şirkətləri gecikmələr səbəbilə gəmilərinin marşrutunu dəyişərək onları Afrika qitəsinin cənubunda Ümid burnuzuna yönəldiblər.

Həftəsonu aparılan torpaqtəmizləmə və qazıntı işlərindən sonra Süveyş Kanalının İdarəetmə Mərkəzinin xilasetmə işçiləri və Niderlandın Smit Salvage şirkətinin komandası bazar ertəsi yedək gəmilər vasitəsilə gəmini torpaqdan çıxarmağa çalışıblar. Bu barədə iki dənizçilik və gəmiçilik mənbələri xəbər verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG