Accessibility links

Süveyş kanalında ilişib qalan "Ever Given" gəmisini çıxarmaq səyləri davam edir


"Ever Given" konteyner gəmisi Süveyş kanalında torpağa çıxıb.

Misirin Süveyş Kanalının İdarəetmə Mərkəzi artıq dördücü gündür kanalın əsas hissəsində ilişib-qalan və dünya ticarətinə əngəl törədən nəhəng konteyner gəmisini suya qaytarmağa çalışır.

Misir mediası hazırda Süveyş kanalının hər iki tərəfində yüzlərlə gəminin yol bağlandığı üçün gözlədiklərini bildirib. Çərşənbə günündən bəri kanalın əsas hissəsində torpağa outran “Ever Given” adlı gəmini torpaqdan çıxarma işləri davam edir.

Misir mətbuatı gəmini çıxarmaq üçün lazım olan torpaqtəmizləmə işinin 87 fazinin başa çatdığını və Süveyş kanalında beynəlxalq nəqliyyatı bərpa etmək üçün “əlavə bir neçə gün və maksimum bir həftə” vaxtın tələb olunduğunu bildrib.

Adətən kanaldan hər gün təxminən 50 gəmi keçir və kanalın yolu çərşənbə axşamından bəri bloklandığı üçün hazırda kanal boyu bir neçə yerdə 200-ə yaxın gəmi ilişib qalıb.

Misirli siyasi sosioloq Səid Sadek Amerikanın Səsinə bildirib ki, kanal yolunun bağlanması ilə bağlı çoxlu müzakirələr olub və hətta gəmilərin Afrikanın Ümid burnundan keçməsi nəzərdən keçirilib. Onun sözlərinə görə bu düşüncələr "məntiqli deyil."

“Koronavirus olmasa kanalın bağlanması diqqət çəkərdi, amma indiki kimi narahatlıq doğurmazdı. Bunun beynəlxalq iqtisadiyyatla və Yaxın Şərqdə formalaşmaqda olan yeni ittifaqlarla əlaqəsi var,” o deyib.

Sadek mətbuatda Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında İran körfəzindən neft və qazın ötürülməsi üçün yeni quru marşrutun inşası ilə bağlı yer alan xəbərlərə istinad edib. O deyib ki, o, bu marşrutun “yaxın gələcəkdə inşa ediləcəyəyinə” şübhə ilə yanaşır və israr edir ki, “Süveyş kanalı başqa mümkün marşrutlardan daha ucuzdur.”

Lakin The Associated Press bəzi gəmiləri Süveyş Kanalına daxil olmamaq üçün marşrutlarını dəyişdiklərini bildirir. AP mayeləşdirilmiş təbii qaz daşıyıcısı “Pan Americas”-ın Atlantik okeanda istiqamətini dəyişərək Afrikanın Ümid burnuna üz tutduğunu bildirib. Bundan əlavə “Ever Given”in bacı gəmisi “Ever Greet”in də Afrika yoluna istiqamətləndiyi bildirilir. Lakin onun Misirin kanalın bağlanmasına görə ölkəyə vurulan ziyana kompensasiya məqsədilə ikinci gəmini ələ keçirməsi ehtimalı ilə bağlı narahatlıqlar səbəbi ilə yolunu dəyişdiyi ehtimal olunur.

Avropa mətbuatı kanalı blok edən "Ever Given”in 2019-cu ildə Hamburq limanı yaxınlığında bərəyə dəyəndən sonra strukturuna ziyanın dəymiş ola biləcəyini bildirir. Misir rəsmiləri narahatdırlar ki gəmi nə qədər torpağa ilişmiş vəziyyətdə qalsa, ona bir o qədər çox ziyan dəyə bilər.

"Ever Given" 400 metr uzunluğundadır ki, bu da kanalın gəminin torpağa çıxdığı hissəsinin enindən daha uzundur. Gəmidə 20 000 konteyner var və bu da onun çökməsinə və insfrastrukturuna ziyan dəyməsinə səbəb ola bilr.

Sadek qəzaya insan xətası deyil, “Allahın işi” səbəbilə qəzaya uğradığı müəyyən edildiyi halda həm Misirin həm də gəminin yaponiyalı sahibinə dəyən ziyana görə Lloyd’s of London yükdaşıma sığorta şirkətinin cavabdeh olacağını bildirib.

Misir Süveyş kanalıından hər il 5 ilə 6 milyard dollar arasında gəlir əldə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG