Accessibility links

Sızan kadrlar İran həbsxanasındakı acınacaqlı şəraiti göstərir


İranın bədnam Evin həbsxanasının nəzarət otağında olan gözətçi qarşısındakı monitorlara baxaraq, birdən-birə gözlərini qırpır və izlədiyi müşahidə görüntülərində çox fərqli bir şeylər görür.

"Kiberhücum", monitorlar yanıb-sönür. Digər gözətçilər mobil telefonlarını qaldırıb çəkiliş apararaq və ya təcili zənglər edərək ətrafa toplaşırlar. "Siyasi məhbuslar azadlığıa çıxana qədər ümumi etiraz" sözləri ekranlarda peyda olur.

Özünü hakerlər qrupu kimi tanıdan bir təşkilat tərəfindən olduğu iddia edilən bir onlayn hesab hadisənin görüntülərini və ələ keçirdiyi digər müşahidə videolarının hissələrini The Associated Press agentliyi ilə paylaşıb. Potensial hakerlər görüntülərin yayılmasının siyasi məhbusları və xaricdə əlaqələri olan və tez-tez Qərblə danışıqlar zamanı bazarlıq aləti kimi istifadə olunanları həbsxanada tutmaqla tanınan həbsxananın pis şəraitini göstərmək cəhdi olduğunu qeyd edib.

Kadrların bir hissəsində bir kişi qolunu kəsmək üçün vanna otağının aynasını sındırır. Məhbuslar - və hətta mühafizəçilər - müşahidə kameralarının çəkdiyi səhnələrdə bir-birini döyürlər. İkimərtəbəli çarpayılar olan tək otaqlarda yatan məhkumlar divarlara sıxılaraq isinmək üçün yorğana bürünərlər.

"Dünyanın bütün siyasi məhbuslarının azadlığı üçün səsimizin eşidilməsini istəyirik" onlayn hesabdan Dubaydakı AP-yə göndərilən mesajda deyilir.
Həbsxana şəraitinə görə Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisinin tənqidi ilə üzləşən İran Nyu-Yorkda BMT-dəki missiyasına göndərilən şərh haqda müraciətə dərhal cavab verməyib. İranın ölkədəki dövlət mediası Evin həbsxanasında baş verən hadisəni təsdiq etməyib.

Evin həbsxanasında dörd keçmiş məhbus və xaricdəki bir İranlı hüquq müdafiəçisi AP -yə videodakı yerlərin Tehranın şimalındakı müəssisəyə bənzədiyini deyib. Bəzi səhnələr daha əvvəl jurnalistlərin çəkdiyi obyektin fotoşəkilləri ilə AP -nin əldə etdiyi peyk fotoşəkillərində görünən həbsxana fotoları ilə uyğun gəlir.

"Evin həbsxanasındakı şəkillərə gəldikdə, bu cür qəbuledilməz davranışlara görə məsuliyyəti öz üzərimə götürürəm və bu acı hadisələrin təkrarlanmasının qarşısını almağa çalışacağımı və günahkarlarla ciddi davranacağımı vəd edirəm" – deyə, ölkə həbsxanalarının rəisi Məhəmməd Mehdi Hacməhəmmədi bir tvitdə bildirib.

"Uca Tanrıdan, əziz liderimizdən (Ali Rəhbərimiz Ayətullah Əli Xamenei), xalqdan və bu səhvlərə görə səyləri göz ardı edilməyəcək şərəfli həbsxana mühafizəçilərindən üzr istəyirəm" - deyə, Hacməhəmmədi bildirib.

XS
SM
MD
LG