Accessibility links

Sızan videolardan sonra İran həbsxana mühafizəçilərinə qarşı cinayət işi açıb


Gözətçi İranın Tehrandakı Evin həbsxanasındakı müşahidə ekranlarına baxır.
Gözətçi İranın Tehrandakı Evin həbsxanasındakı müşahidə ekranlarına baxır.

İranın ədliyyə orqanlarının bildirdiyinə görə, Evin həbsxanasında məhbuslara qarşı qəddar hərəkətlərin görüntülərinin sızdırılmasından sonra İran prokurorları ölkənin məşhur həbsxanasının altı gözətçisinə qarşı cinayət işi açıb.

Məhkəmə sözçüsü Zabiulla Xodeyan bildirib ki, Tehranın Evin həbsxanasındakı pis rəftar və pis şərtlərlə əlaqədar üç gün davam edən araşdırmanın nəticəsində bəzi həbsxana işçiləri nəzarət altına alınıb. Xodeyan cərimələri izah etmədən və şübhəlilərin kimliyini təyin etmədən daha iki gözətçinin dindirildiyini və digərlərinin cəzalandırıldığını bildirib.

Açıqlama Associated Press agentliyinin uzun müddətdir siyasi məhbusları və xaricdə əlaqələri olan və tez-tez Qərblə danışıqlar zamanı bazarlıq aləti kimi istifadə olunanları tutmaqla tanınan Tehran həbsxanasında baş verənlərlə bağlı videoların bəzilərini paylaşmasından və bununla bağlı hesabat dərc etməsindən bir neçə gün sonra verilib. Həmin videoların bir haker qrupu tərəfindən hazırlanan onlayn hesaba yerləşdirildiyi iddia edilir.

Xodeyan sızan görüntülərin illər ərzində fərqli videolardan seçildiyini və montaj edildiyini və "Yayımlanan videolardakı görüntülər qanuna ziddir və buna heç bir halda haqq qazandırıla bilməz" deyib.

Görüntülərin birində bir kişinin hamamda güzgünü sındıraraq, qolunu kəsməyə cəhd etdiyini görmək olub. Müşahidə kameralarının çəkdiyi digər videolarda isə məhbuslar və hətta mühafizəçilərin bir-birini döyükləri, tək otaqlarda soyuqdan donan məhkumların isinmək üçün ədyallara büründüklərini müşahidə etmək olub.

İranın Ədliyyə Nazirliyi keçən həftə ölkənin həbsxana müdirinin videoların gerçək olduğunu etiraf etməsindən sonra sui-istifadə hallarının araşdırılmasına göstəriş verib və "qəbuledilməz davranışlara" görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

1971-ci ildə, İran şahı dövründə tikildiyi gündən bu günə bu həbsxanada qanun pozuntularına yol verilir.

XS
SM
MD
LG