Accessibility links

Səccad Şoheyri Təbriz Ettelaat həbsxanasına köçürülüb


Səccad Şoheyri

Ötən həftə Sulduzda tutulan güneyli türk fəal Səccad Şoheyri Təbrizin Ettelaat İdarəsinin həbsxanasına köçürülüb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinə istinadən, yanvarın 16-da saxlanılan, Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhəri sakini olan milli fəal Səccad Şoheyri məhkəmə qərarı ilə Təbriz istixbarat İdarəsinin həbsxanasında nəzarət altına alınıb.

Səccad Şoheyri günorta vaxtı yaşadığı məhəlləyə yaxın yerdə maşını dayandırılıb, onun özü həbs edilib, maşını isə təhlükəsizlik qüvvələri tərəfindən aparılıb.

Güneyli fəallın saxlanılma səbəbini açıqlayan məhkəmə hökmündə Səccad Şoheyriyə, “separatist GAMAC Təşkilatına (Azərbaycan Müstəqil fəallar spektri) üzv olmaq” ittihamı irəli sürülüb. Ancaq GAMAC və Azərbaycan Müstəqil Fəallar Spektri iki ayrı siyasi təşkilat və qrupdur.

Yayılan məhkəmə qərarında Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinin hakimi Sulduz məhkəməsinə yazdığı məktubda fəalın saxlanılma izni ilə bağlı istixbarat agentlərinə ağır ittihamlı və təhlükəli cinayətkarların saxlanılması üçün verilən səlahiyyətlər verib. Məhkəmə hökmündə təhlükəsizlik qüvvələrinə Səccad Şoheyrinin evinə hücum və qapının ev sahibi tərəfindən açılmadığı halda qapını sındırıb açma səlahiyyəti və izni verilib. Təbriz İnqilab Məhkəməsi həmçinin məktubda fəalın nəzarət altına alınması və Təbrizə göndərilməsini istəyib.

Səccad Şəhiri daha əvvəl İran təhlükəsizlik qüvvələri tərəfindən 2018-ci il 20 iyulda Babək qalası mərasimi zamanı onlarla milli fəalla birlikdə həbs olunub və daha sonra sərbəst buraxılmışdı. Bununla yanaşı, o, keçən il iyulun 6-da həbs edilərək, 25 günlük həbsdən sonra girov müqabilində sərbəst buraxılmışdı.

XS
SM
MD
LG