Accessibility links

Sədərək Ticarət Mərkəzində yanğın olub


Sədərək Ticarət Mərkəzində yanğın olub
Sədərək Ticarət Mərkəzində yanğın olub

Çoxsaylı mağaza yanıb

Fevralın 18-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Bakı vaxtı ilə saat 9.05-də söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın bir saatadək davam edib.

“23 texnika və 125 canlı qüvvə yanğının söndürülməsinə cəlb olunub. Yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır," o qeyd edib.

Yanğın ticarət mərkəzinin geyim mağazaları olan 8-ci sırasında baş verib. 60-dək mağaza yanıb. Mağaza sahibləri yanğına səbəb kimi elektrik naqillərində qısa qapanmanın olduğunu güman edirlər.

Yanğın zamanı 9 nəfərə hadisə yerində yardım göstərilib. Xəsarət alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

XS
SM
MD
LG