Accessibility links

Səfir: ABŞ 2021-ci ildə Azərbaycanla yeni start-uplarla geniş əməkdaşlıq edəcəyinə ümid edir


ABŞ səfiri Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitində çıxış edib

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanın 2020 İnnovasiya Həftəsi Samitinə qatılıb və start-up sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı barədə çıxış edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Amerika dünyanın ən böyük və ən uğurlu start-up icmalarının mühüm bir hissəsinə ev sahibliyi edir, orada dünyanın müxtəlif yerlərindən sahibkarlar öz fikirlərini start-up layihələrə çevirmək istiqamətində birlikdə çalışır.

Səfir Litzenberger çıxışında yeniliyi təşviq etmək üçün "əqli mülkiyyətin qorunmasının vacibliyini və “Huawei” kimi etibarsız texnologiya satıcıları ilə ortaqlığın təhlükələrini" vurğulayıb.

“Amerika Birləşmiş Ştatları 2021-ci ildə Azərbaycan və ABŞ-ın yeni start-uplarda geniş əməkdaşlıq edəcəyinə ümid edir,” səfir qeyd edib.

“Start-up” (işə salmaq) - inkişaf mərhələsində olan, yeni yaranmış bir şirkətdir, hansı ki, öz məşğuliyətini ya yeni yaranmış texnologiyalarla, ya da yeni innovasiya ilə əlagədə olan ideyalarla bağlayir. Start-upın əsas xüsusiyyətlərindən biri də onun inkişafı üçün pulun çatışmamazlığı və bazarda demək olar ki , “gizli” fəaliyyətidir.

İlk dəfə “start up” anlayışı 1939-cu ildə ABŞ-da yaranıb. Həmin ildə San-Fransisko şəhərinin yaxınlığında Santa-Klare vadisində (Kaliforniya) Stenford universitetinin gənc tələbələri Devid Pakkard və Vilyam Xyulett balaca yeni layihəni yaradaraq onu “start up” (işə salmaq, başlamaq) adı veriblər. Zaman ötdükcə bu “kiçik” layihə nəhəng Hewlett-Packard adlanan bir şirkətə çevrilib.

XS
SM
MD
LG