Azərbaycanda "Omikron" ştamına yoluxmalar artır.
Bu barədə səhiyyə naziri Teymur Musayev ölkədə koronavirusun "Omikron" ştamı ilə bağlı son vəziyyətini açıqlayarkən deyib.
"Digər ölkələrin təcrübəsinə baxanda son 4 həftə ərzində ümumi yoluxanların 40%-i Omikron ştamına yoluxanlardır. Artıq Azərbaycanda da koronavirusun Omikron ştamı geniş yayılmaqdadır. “
Nazir vurğulayib ki, bu ştamın yoluxduruculuğu daha üstündür.
Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.
"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur," o vurğulayıb.
Son gündə Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 1000-i ötüb.
Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb
Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə keçən il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilib.