Accessibility links

Azərbaycan Səhiyyə Nazirliyi: Koronavirusa yoluxanların 20 faizi uşaqlardır


“Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir."

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi nəzdində işçi qrupunun üzvü Sevda Məmmədova jurnalistlərə deyib.

O bildirib ki, xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altına alınır, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir.

Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət etmək, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışmaq, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlamaq, maskadan istifadə etmək, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırmaq lazımdır. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq," Məmmədova deyib.

Bundan əlavə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, son günlər ərzində COVID-19 üzrə statistikanın artmasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcək.

“Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır,” o bildirib.

O, testinin nəticələri pozitiv olan şəxsin təcrid olunmasının və onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb:

“Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Ölkədə evdə müalicə alan 8000-dən artıq COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir”.

Ekspertlər nə deyir?

İnfeksionist-hepatoloq Vüsalə Yaşar Amerikanın Səsinə verdiyi müsahibəsində bildirib ki, yoluxma sayı ilk baxışda görülən yoluxma sayından daha kəskin rəqəmlərə yüksəlib. Onun fikrincə, bu, ölüm və yaxud da ağırlaşma ehtimalının artacağını göz önünə aldırır.

Həkim COVID-19-un, tibbi maskalardan istifadə edilməsinin vacib olduğunu qeyd edib.

Dünyada COVID-19

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb. Payız aylarında Azərbaycanda da koronavirus infeksiyasına yoluxanların sayı kəskin artıb. Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG