Səhiyyə rəsmiləri ictimaiyyətə bu il eyni anda COVD-19 və qripə yoluxmamaq üçün qrip vaksini vurmağı məsləhət görür.
Hər iki xəstəliyin yoluxma riski yüksəkdir və bənzər simptomları var. Lakin qrip mövsümi olsa da, COVID-19 deyil.
COVID-19 üçün vaksin hələ ki, yoxdur. Qrip vaksini isə onillərdir mövcuddur.
Bu xəstəliklərdən birinə və ya hər ikisinə yoluxduğunu öyrənmək laboratoriya testləri vasitəsilə mümkündür.
Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetinin Yoluxucu Xəstəliklər Bölümünün direktoru Qari Saymon The Washington Post qəzetinə bildirib ki, 2020 hər iki xəstəliyə qarşı mübarizə baxımından “çox çətin ildir.”
Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü dünya boyu COVID-19-a 30.5 milyon yoluxma, 1 milyona yaxın ölüm halının olduğunu bildirib.
ABŞ 6.7 milyon yoluxma halı ilə dnüya ölkələri arasında birinci yerdədir. Hinstan 5.3 milyon, Braziliya ilə 4.5 milyon yoluxma ilə ikinci və üçüncü yerdə gəlir.
Avropa ölkələri cümə günü koronavirusla əlaqədar yeni məhdudiyyətlər elan ediblər. Bu, Ümumdünya Səhiyyə Təşkilatının qitədə “narahatedici dərəcədə” sürətli bir şəkildə artdığı barədə xəbərdarlığından sonraya təsadüf edib.
Avropa ölkələri arasında ən çox yoluxma hallarının olduğu İspaniyada Madridin regional höküməti bazar ertəsindən başlayaraq bəzi yoxsul ərazilərdə qapanma tədbirləri elan edib. Orada insanların hərəkətinə məhdudiyyət qoyulsa da, insanlar işə getməyə davam edəcəklər.
Fransanın Nis şəhərinin rəsmiləri ictimai məkanlarda 10 nəfərdən çox insanın toplaşmasına qadağa qoyublar, barların saatlarını qısaldıblar. Həftənin əvvəlində isə Bordo və Marseldə məhdudiyyətlər tətbiq olunub.
Britaniya ölkədə son həftədə gündəlik yoluxma halları təxminən 6000-i keçdiyi üçün yeni ümummilli qapanma tədbirlərini nəzərdən keçirir. Britaniya Səhiyyə və Sosial Qayğı katibi Matt Hankok deyib ki, qapanma son çarə olacaq, ancaq hökümət virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni edəcək.
İsrail də cümə günü koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edildiyi üçün ikinci dəfə karantin elan edib.
Üç həftə davam edəcək məhdudiyyətlər ölkə yəhudi bayramlara hazırlaşdığı vaxta təsadüf edib.
İsraillilərə, bir neçə istisna olmaqla, evlərindən 500 metr uzağa getmələrinə icazə verilmir.