Accessibility links

Səlcuq İmperiyası dövrünün Toğrul qülləsi məhv olmaq təhlikəsi qarşısında


Toğrul qülləsi

İranın Rey şəhərində min ilə yaxın tarixə olan Səlcuq türk İmperatorluğu dövründən qalmış abidə əyilərək məhv olmaq təhlükəsi qarşısındadır.

İranin Şəhrvənd (Shahrvand) qəzetinin verdiyi xəbərə görə, Toğrul qülləsi tarixi abidəsinin yayımlanan şəkillərində qüllənin yana əyildiyi göstərilir.

Bu barədə tarix mütəxəssisi olan Əhməd Əbuhəmzə Şəhrvənd qəzetinə məlumat veribdir. Ömrünün 25 ilini bu tarixi abidənin tədqiqat və araşdırılması ilə məşğul olan Əbuhəmzə qəzetə verdiyi müsahibədə qüllənin zərər görməsinin səbəblərini açıqlayıb.

"Tarixi abidə hər tərəfindən təhlikələrə məruz buraxılıb. Qülləyə yaxın mövqedə yeni metro qazıntıları və orada partlayışlar davam edir. Qüllə ətrafındakı Razi Mədəniyyət Mərkəzinin inşası və yeraltı suların tükənməsi nəticəsində baş verən torpaq çökməsi bu tarixi binanın əyilməsinin səbəblərindən ola bilər. Qülləyə yaxın mövqelərdə torpaq çökməsi nəticəsində 100 və 200 metr dərinlikdə çuxurlar meydana gəlibdir" - deyə, tarix tədqiqatçısı bildirib.

Tehran vilayətinin Mədəni İrs İdarəsinin müavini Ədibzadə bu barədə Şəhrvənd qəzetinə bildirib ki, Toğrul qülləsinin yana əyilməsi yeni mövzü deyil, iki il öncə də bu mövzü ortaya qoyulmuşdu amma yeni yayımlanan şəkillərin doğru olub-olmadığı incələnməlidir. "Əgər mütəxəssislərimiz yana əyilməni təsdiq edərsə təcilli tədbirlər görüləcəkdir", o deyib.

Ədibzadənin sözlərinə görə tarixi qüllənin vəziyyətinə təsirli ən önəmli amil yeraltı su səviyyəsinin düşməsidir. O bu barədə mütəxəssislərin araşdırmalar aparacağını söyləyib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, "qüllənin yana əyilməsi 20 il öncədən başlayıb, ancaq rəsmilər bu barədə heç bir önləmi tədbir almayıb və son günlərdə məsələnin yenidən mətbuata qaldırılması ilə sadəcə mövzünü araşdırmağa başlayıblar".

Nasirəddin Şah Qacar türk xanədanının dövründə ilk dəfə olaraq qüllənin qorunması üçün binada təmir işləri görülmüşdür.

24 bucaqlı və 20 metr boyunda olan Toğrul qülləsi Səlcuq İmperatorluğu dövründə inşa edilib. Tarixçilərin bir qismi bu abidəni Səlcuq sülaləsinin qurucusu Toğrul bəyin məzari kimi qəbul edir.

Şərhlərə bax

XS
SM
MD
LG