Accessibility links

Səməd Rəhimli: Hökumət azad ideya bazarına müdaxilələrdən çəkinməlidir


Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsində saytların bloklanmasının insanların informasiya təminatına təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda məhkəmə qərarı ilə cəmiyyəti tənqidi və araşdlırma yazıları ilə məlumatlandıran bir çox saytlara girişə blok tətbiq edilib. Hazırda cəmiyyətin intellektual səviyyəli informasiya ilə təminatı sahəsində durum necədir?

Qanunvericilik sui istifadəyə açıqdır, informasiyaya çox əsassız məhdudiyyət qoyur. Bu da o nəticəyə gətirməlidir ki, Azərbaycanda müəyyən məsuliyyəti olan saytlar deqradasiyaya uğrasın və sosial şəbəkələrdə xaos yaradılsın.

Səməd Rəhimli: Belə deyək, Azərbaycanda 2014-cü ildən sonra, bir az da ondan əvvəl, çap mediası yavaş-yavaş aradan qalxmağa başlamışdı. Bu, bir tərəfdən dünyada gedən trendlə bağlıdır, sosial şəbəkələrin, internetin əhəmiyyətinin artması ilə çap mediasının əhəmiyyəti aşağı düşəməyə başladı. İkinci bir tərəfdən isə Azərbaycanda tənqidi, müxalifyönümlü çap mediasına qarşı hökumətin apardığı repressiyalar nəticəsində bu media ölkə daxilində əhəmiyyətini itirdi. Belə olduqda ölkədə müstəqil, müxalifyönümlü, tənqidi düşüncəli şəxslər daha çox internet mediasında fəaliyyət göstərməyə başladılar. Çap mediasındakı güclərini orada təmərküzəşdirdilər. Artıq 2015-ci il iqtisadi böhranından sonra hökumət düşünməyə başladı ki, internet mediası onun üçün problem yaradır və bunun üçün müxtəlif tədbirlər görməyə başladı. Bu istiqamətdə sosial şəbəkələrdə müəyyən səviyyədə bazası olan səhifələrə qarşı hücumlar oldu. Digər tərəfdən həbslər baş verdi. 2016-2017-ci illərdə internet saytlarına blok qoyma qanunvericiliyə gətirildi. İlk növbədə bu qanunvericilik Azərbaycanda əsas müxalif, tənqidi saytları, güclü bazası olan saytlara istiqamətləndi. Meydan TV, Azadlıq radiousu, Azadlıq qəzeti tipli saytların bloklanması oldu. Amma bundan sonra isə daha spesifik yönümlü, daha az həcmli saytlara istiqamətləndi. Bloklanmanın qanunvericilikdə qəbul olunmasından sonra hüquqşünasların, vətəndaş cəmiyyətinin əsas tənqid istiqamətlərindən biri o idi ki, bloklama qanunvericiliyi sui-istifadələrə gətirib çıxaracaq. Çünki çərçivəsi çox genişdir. Ona görə də tövsiyyə olunurdu ki, qanunvericilik qəbul olunmasın. Qəbul olunursa da çox məhdud mənada tətbiq olunsun. Lakin belə bir məhdud tətbiqolunma aparılmadı. Çox geniş şərh olundu və bu qanunvericiliyin müddəaları kifayət qədər qeyri-müəyyən idi və səlahiyyətləri də verildi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ki, həmin nazirlik ya məhkəməyə müraciət eləməklə saytları bloklamağa nail oldu, ya da kı, müəyyən hallarda özü birbaşa edə bilərdi. İlk növbədə gördük ki, nazirlik bunu məhkəmələrə müraciət etməklə etməyə çalışır. Daha çox isə müşahidə olunan ondan ibarət oldu ki, nazirlik özü bunu birbaşa həyata keçirməyə başladı. Daha sonra məhkəməyə də müraciət eləmədi. Yəni ən azı bizə bəlli olan faktlar əsasında bunu deyə bilərik. Bunun nəticəsində Azərbaycanda hal-hazırda çox rahat deyə bilərik ki, bir çox sayda tənqidi yönümlü, müxalif, müstəqil və yaxud daha spesifik, deyək bir çox məmurları tənqid eləyən saytların bloklanması ilə nəticələndi. Bu cür qanunvericilik sui-istifadəyə açıqdır, qanunvericilik informasiyaya çox ciddi əsassız məhdudiyyət qoyur. Bu da o nəticəyə gətirməlidir ki, Azərbaycanda müəyyən məsuliyyəti olan saytlar deqradasiyaya uğrasınlar və sosial şəbəkələrdə xaos yaradılsın.

Səməd Rəhimli: Hökumət azad ideya bazarına müdaxilələrdən çəkinməlidir
please wait

No media source currently available

0:00 0:07:31 0:00

Amerikanın səsi: Müşahidələr göstərir ki, ilk anlarda iqtidarı daha çox tənqid edən siyasi yönümlü saytlara texniki müdaxilə olunurdusa, bloklanırdısa, son zamanlar məhkəmələr hökumətin müəyyən strukurları barədə belə tənqidi məqalələr dərc edən saytların bloklanması barədə qərarlar qəbul edir. Saytların bloklanması ölkədə istehsal edilən informasiyaların məzmununa təsir edibmi?

Saytların bloklanması onunla nətcələndi ki, informasiya sosial şəbəkələrdə yığışdı.

Səməd Rəhimli: Qeyd etdiyim kimi təsir edibdir. Təsir etmə nədən ibarətdir? Hal-hazırda müəyyən səbəblərdən hökumət sosial şəbəkələri bloklaya bilmir. Çox güman kı, ölkədə biznes imkanları buna imkan vermir, ölkədəki sosial şəbəkələr bloklansın. Ona görə də sosial şəbəkələrin ən böyük problemi ondan ibarətdir ki, sosial şəbəkələrdə həddən artıq çox informasiya meydana çıxır və internet saytlarının bloklanması, xüsusilə də müxalif yönümlü internet saytlarından söhbət gedir. Eləcə də digər intellektual yönümlü saytları nəzərdə tuturam. Bütün bu saytların bloklanması onunla nətcələndi ki, informasiya sosial şəbəkələrdən yığışdı. Ümumiyyətlə bir şeyi qeyd eləmək lazımdır ki, məhdudiyyətin ikiqat effekti deyilən bir şey var. Əgər hökumət bu qanunvericiliyi öz tənqidçilərini susdurmaq üçün istifadə edirsə, hökumətin altında olan bürokratiya qanunvericilikdən öz məqsədləri üçün istifadə edir, yəni hökumətdən bürokratiyanı tənqid eləyən qurumlara qarşı sui-istifadə edir. Bunun da istifadə olunmasını biz görürük. Hal-hazırda biz Azərbaycanda məhdudiyyətin ikiqat qüvvəsi qanununun tətbiqini görürük. Bu da heç də yaxşı istiqamətə aparmır.

Amerikanın Səsi: Bəs informasiyaların məzmununa necə təsir edib?

Səməd Rəhimli: İnformasiyaların məzmununa təsir edibdir. Çünki əgər siz müəyyən sayt yaradırsınızsa bir kimlik olur və siz saytı o kimliklə qoruyub saxlamağa çalışacaqsınız. Əgər müəyyən kimliyinizə əhəmiyyət verirsinizsə də onda siz daha məsuliyyətli hərəkət etmək istəyəcəksiniz. Amma sosial şəbəkələrdə anonim kimliklə hərəkət eləmək imkanları daha çox olduğu üçün siz kimliyinizin reputasiyasına əhəmiyyət verməyəcəksiz, bu da informasiyaların deqradasiyasına gətirib çıxardacaq. Deqradasiya da ondan ibarətdir ki, əvvəllər kimliyi olan saytlar daha məsuliyyətli şəkildə informasiya verməyə çalışırdısa, artıq hər hansı bir kimliyə ehtiyac duymayan qruplar, subyektlər məsuliyyətsiz şəkildə informasiyaları, məlumatları bölüşürlər.

Amerikanın Səsi: Cəmiyyətə çatdırılan məlumatlar reallığı əks etdirirmi? Son dövrlər sosial şəbəkələrdə və digər internet resurslarında söyüş, təhqir, şantaj ritorikalı məlumatların sayının sürətlə artdığı müşahidə edilir. Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

İnsanlar lazım olanda onlara lazım olan məsuliyyətli informasiyaların haradan tapacaqlarını bilirlər.

Səməd Rəhimli: Bunun qarşısını almaq üçün heç bir addım atılmamalıdır. Belə deyək, ifadə azadlığının kökündə duran konsepsiya azad ideya bazarıdır. Və azad ideya tələb edir ki, hökumət müdaxilə eləməkdən çəkinsin. Hal-hazırda vəziyyətin bu cür yaranmasının səbəbi də hökumətin müdaxilələridir ki, hökumət müdaxilə etdikcə məsuliyyətli şəxsləri oyundan kənarda qoymağa çalışdıqca, məsuliyyətsizlər gəlib bu cür söyüş, şantaj və s vulqarizmlərdən istifadə edir. Hesab edirəm ki, hökumətin müdaxiləsi bu vəziyyəti pisləşdirir. Hüquqi müdaxilə vəziyyəti pisləşdirir. Ona görə də mən hesab edirəm ki, hökumət indiyə qədər olan bütün müdaxilələri ləğv etməlidir. Hər hansı bir müdaxilədən çəkinməlidir. Azad ideya bazarı öz- özlüyündə nə etməli olduğunu tapacaq. İnsanlar ağılsız deyillər. İnsanlar lazım olanda onlara lazım olan məsuliyyətli informasiyaların haradan tapacaqlarını bilirlər. Bundan əlavə siyasi mübarizə və yaxud siyasi diskus, söyüşsüz, təhqirsiz deyil. Söyüş və təhqirdən biz canımızı qurtara bilməyəcəyik. Əsas məsələ odur ki, ciddi şantajlar ortada olanda bununla bağlı hüquq mühafizə orqanları mübarizə aparsınlar, yaxud özəl şəxslərin təhqir olunması və yaxud böhtan atılması məsələlərində mülki diffamasiya qaydasında bu məsələlər həll olunsun. Çox təəssüf ki, Azərbaycanda cinayət qanunvericiliyi cinayət diffamasiyasına imkan verir. Bunu təbii ki, biz qəbul etmirik. Ona görə də hesab edirəm ki, məsələnin bu yerə gəlib çıxması hökumətin ekstensiv müdaxilələrinin nəticələridir. Bu məsələlərin həlli yolu da hökumətin ekstensiv müdaxilələrindən çəkinməsi, neqativ bir müdaxiləsizliyə getməsi və azad ideya bazarına öz yönümünü tapmağa imkan yaratmasıdır.

Qeyd: Rəsmi Bakı ölkədə söz, fikir və media azadlığının tam təmin edildiyini, dövlət qayğısı ilə əhatə olunduğunu bildirir. Dövlət rəsmiləri internet məkanının tam azad olduğunu bəyan edir. Bununla yanaşı, bir çox saytlara, o cümlədən azadlıq.info (Azadlıq qəzeti), azadlıq.org (Azadlıq radiosu), Turan,tv (Turan televiziyası), bastainfo.com, criminal.az və başqa saytlara ölkə daxilində girişin bloklanması barədə məhkəmə qərarları var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG